close

MFL-in İntizam Komitəsinin təsnifat mərhələsinin yarımfinal oyunları ilə bağlı qərarı

27 Oktyabr 2021

MFL-də iştirak edənlərin nəzərinə!

MFL-in İntizam Komitəsi “MUĞANBANK MFL TƏSNİFAT 2021”-nin yarımfinal oyunları ilə bağlı aşağıdakı qərarı verib:

- “Hövsan 32” - “Təbriz” oyununda “Təbriz” komandasının futbolçusu Taleh Fətəliyev iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.

- “Çinar Zəngilan” – ABN FK oyununda “Çinar Zəngilan” komandasının futbolçusu Xəyal Quliyev birbaşa qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.