close

MFL-in təsnifat mərhələsində bütün yarımfinalçılar məlum oldu - NƏTİCƏLƏR

25 Oktyabr 2021

Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL-in təsnifat mərhələsində 1/4 finalın sonuncu oyunları keçirilib.

64 komandanın qatıldığı və “MUĞANBANK MFL TƏSNİFAT 2021” adlanan təsnifat mərhələsinin növbəti oyun günündə 6 qarşılaşma baş tutub. Nəticələri təqdim edirik.

“Zagulba FC” – “Təbriz” 2:3

“Kia Fan Club” – “Köhnə Bakı” 8:1

“Şəfəq FK” – “Baku Juniors” 3:2

CS – “Xəzər Astara” 3:0

“Club Always Ready” – “FK Forza” 3:3 (3:4)

“Bibiheybət” – “Şedevr” (Binə) 1:2

Beləliklə, qalib gələn komandalar – “Təbriz”, “Kia Fan Club”, “Şəfəq FK”, CS, “FK Forza” və “Şedevr” (Binə) komandaları növbəti mərhələyə, yəni yarımfinala vəsiqə qazanıblar. 

Beləliklə, qruplar üzrə yarımfinalda qarşılaşacaq komandaları təqdim edirik.

A qrupu: CS - “Şəfəq FK”, “Çinar Zəngilan” - ABN FK

B qrupu: “Kia Fan Club” - “Hövsan”, “FK Forza” - “Galaxy FK”

C qrupu: “Hövsan 32” - “Təbriz”, “Xilə” - “Şedevr” (Binə)

D qrupu: “White Smile” - “Badamdar FC”, “Turkuye” - “RedCode”.

Qeyd edək ki, “MUĞANBANK MFL TƏSNİFAT 2021” adlanan təsnifat mərhələsində çıxış edən 64 komanda hər birində 16 komanda olmaqla 4 play-off-a (A, B, C, və D qruplarına) bölünüb. Finalda qalib gələrək öz qruplarının qalibi olan 4 komanda MFL-in əsas Liqasında pulsuz iştirak etmək hüququ qazanacaq.