close

MFL-in İntizam Komitəsinin təsnifat mərhələsinin 1/4 final oyunları ilə bağlı qərarı

18 Oktyabr 2021

MFL-də iştirak edənlərin nəzərinə!

MFL-in İntizam Komitəsi “MUĞANBANK MFL TƏSNİFAT 2021” çərçivəsində keçirilən 1/4 final mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarları verib:

- “052 Yaşma” – ABN FK oyununda ABN FK komandasının qapıçısı Rüfət Cəfərov rəqib oyunçunu aşkar qoldan məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.

- “Razin FK” – “Badamdar FC” oyununda “Badamdar FC” komandasının futbolçusu Ruslan Ağalarov rəqib oyunçuya qarşı fiziki təzyiq göstərdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.