close

MFL-in İntizam Komitəsinin “Borçalı FK” – “Xilə” oyunu ilə bağlı qərarı

05 Oktyabr 2021

MFL-də iştirak edənlərin nəzərinə!

MFL-in İntizam Komitəsi “MUĞANBANK MFL TƏSNİFAT 2021” çərçivəsində keçirilən “Borçalı FK” – “Xilə” oyunu ilə bağlı aşağıdakı qərarları verib:

- Oyunun 49-cu dəqiqəsində “Borçalı FK” komandasının oyunçuları kütləvi davaya səbəb olduqları üçün oyunu davam etdirmək mümkün olmayıb və vaxtından əvvəl dayandırılıb.

“Borçalı FK” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir və təsnifat mərhələsindən kənarlaşdırılır.

- “Borçalı FK” komandasının oyunçularının – Gülməmmədli Orxan Ələsgər oğlu, Ömərov Neymət Əli oğlu, Xıdırov Roman Mehdi oğlu, Qasımov Abid Ramiz oğlu, Məmmədzadə Aslan Samid oğlu, İsmayılov Asif Arif oğlu, Hüseynov Elnur Beybala oğlu, Nəsibov Elnur Şahambir oğluMinqalimov Cumber Cumberoviçin bir il müddətinə MFL tərəfindən təşkil olunan turnirlərdə iştirakına qadağa qoyulur.

Oyun zamanı baş verən hadisə ilə bağlı araşdırma davam etdirilir.

SPONSORLAR