close

MFL-in təsnifat mərhələsinə start verildi - NƏTİCƏLƏR

04 Oktyabr 2021

Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL-in təsnifat mərhələsinə start verilib.

64 komandanın qatıldığı və “MUĞANBANK MFL TƏSNİFAT 2021” adlanan təsnifat mərhələsinin ilk oyun günündə 12 qarşılaşma baş tutub. Nəticələri təqdim edirik.

ABN FK – “Yağ kimi” 4:1

“Veteran” – “RedCode” 2:2 (5:6)

“Baş Layısqı FK” – “Bavariya Baku” 4:3

“Owl City” – “Razin FK” 0:1

“Sherpenxoyvel FC” – “Spartak Baku” 4:7

“Xan Lənkəran” – CS 1:4

“Badamdar FC” – “Qafan FK” 11:5

“Zagulba FC” – “Sparta Lökbatan” 4:2

“Doctors United” – “Time Out Baku” 7:2

“Turkuye” – “Neftçala FK” 5:2

“PoleStar FK” – “Dark Horse” 1:2

“Borçalı FK” – “Xilə” (yarımçıq dayandırılıb).

Beləliklə, qalib gələn komandalar - ABN FK, “RedCode”, “Baş Layısqı FK”, “Razin FK”, “Spartak Baku”, CS, “Badamdar FC”, “Zagulba FC”, “Doctors United”, “Turkuye” və “Dark Horse” komandaları növbəti, yəni 1/4 finala vəsiqə qazanıblar. “Borçalı FK” - “Xilə” oyunu isə dava səbəbindən yarımçıq dayandırılıb. Bu görüşün nəticəsi ilə bağlı yekun qərar aparılan araşdırmadan sonra İntizam Komitəsi tərəfindən veriləcək.

Qeyd edək ki, “MUĞANBANK MFL TƏSNİFAT 2021” adlanan təsnifat mərhələsində çıxış edən 64 komanda hər birində 16 komanda olmaqla 4 play-off-a bölünüb. 

1/8-də məğlub olan komandalar təsnifatla vidalaşacaqlar. Rəqiblərindən üstün olan komandalar isə ardıcıllıqla 1/4 və 1/2 final və final mərhələsində çıxış etmək imkanı qazanacaqlar. Finalda qalib gələrək öz qruplarının qalibi olan 4 komanda MFL-in əsas Liqasında pulsuz iştirak etmək hüququ qazanacaq.

SPONSORLAR