close

MFL-in 64 komandalıq təsnifat mərhələsinin püşkü atıldı – FOTO

01 Oktyabr 2021

Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL-in təsnifat mərhələsinin püşkatma mərasimi olub.

1news.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunun konfrans zalında təşkil olunan mərasimdə MFL-in direktoru Vüqar Nadirov da iştirak edib.

MFL-in nümayəndəsi Murad Axundov məlumat verib ki, “MUĞANBANK MFL TƏSNİFAT 2021” adlanan təsnifat mərhələsi 64 komanda arasında kubok sistemi üzrə keçiriləcək. Oktyabrın 3-də start götürəcək təsnifat mərhələsində çıxış edəcək 64 komanda hər birində 16 komanda olmaqla 4 play-off-a bölünəcək. 

1/8-də məğlub olan komandalar təsnifatla vidalaşacaqlar. Rəqiblərindən üstün olan komandalar isə ardıcıllıqla 1/4 və 1/2 final və final mərhələsində çıxış etmək imkanı qazanacaqlar. Finalda qalib gələrək öz qruplarının qalibi olan 4 komanda MFL-in əsas Liqasında pulsuz iştirak etmək hüququ qazanacaq.

MFL-in direktoru Vüqar Nadirov təsnifat mərhələsi ilə bağlı fikirlərini bölüşüb. Futbol həvəskarlarının MFL üçün darıxdığını deyən MFL-in direktoru təsnifat mərhələsinə dəstək verdiyi üçün “Muğanbank”a, eləcə də AFFA-ya təşəkkürünü bildirib. 

Oyunların yüksək səviyyədə keçməsi üçün əllərindən gələni edəcəklərini deyən V.Nadirov komandaların hər birinə uğurlar arzulayıb.

Daha sonra təsnifat mərhələsinin püşkü atılıb. Püşkatmanın nəticəsində A, B, C və D qruplarında çıxış edəcək komandalar və onların rəqiblərinin adı məlum olub. Qruplarla təqdim etdiyimiz cədvəllərdə tanış ola bilərsiniz.

SPONSORLAR