close

“Muğanbank”ın dəstəyi ilə MFL-ə pulsuz qatılan 5 komandadan biri ol

03 Sentyabr 2021

Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL yeni mövsümün qeydiyyatına start verib.

Bu mövsüm liqada 50 komandanın iştirakı planlaşdırılır. Bunlardan 45-i qeydiyyat haqqını tam ödəməklə turnirə birbaşa qatıla bilər. 5 komanda isə heç bir ödəniş etmədən “Muğanbank”ın sponsorluğu ilə keçiriləcək təsnifat mərhələsində qalib gələrək MFL-in yeni mövsümündə çıxış edəcək.

Təsnifat mərhələsi nədir?

“MUĞANBANK MFL TƏSNİFAT 2021” adlanacaq və 80 komanda arasında keçiriləcək təsnifat mərhələsi aşağıdakı qaydada təşkil olunacaq:

- Hər birində 16 komanda olmaqla 5 play-off keçiriləcək.

- Kubok sistemi üzrə keçiriləcək play-off-larda komandalar 1/8, 1/4, 1/2-ə və nəhayət finala yüksələcəklər.

- “Play-off”ların finalında qalib gələn 5 komanda MFL-in əsas mövsümündə pulsuz iştirak etmək hüququ qazanacaq.

- Təsnifat mərhələsində komandalar aralarında bir dəfə görüş keçirəcəklər. Cavab oyunları nəzərdə tutulmur.

- Cütlüklər püşkatma yolu ilə müəyyən olunacaq.

- Heyətində minimum 8, maksimum isə 16 oyunçu olan istənilən komanda təsnifat mərhələsində iştirak edə bilər.

- Təsnifat mərhələsinin qalibi olan komandalar əsas Liqada iştirak edən zaman heyətlərindən yalnız üç oyunçunu dəyişdirə bilərlər.

- Təsnifat mərhələsində iştirak ÖDƏNİŞSİZDİR!

Təsnifat mərhələsində çıxış etmək istəyən komandalar aşağıdakı şərtləri nəzərə almalıdırlar:

1. Təsnifat mərhələsinin qalibləri MFL-də şirkət adından çıxış etmək istəsələr müvafiq ödəniş (2000 manat) etməli olacaqlar. Lakin şirkət adından istifadə etməsələr yuxarıda qeyd olunduğu kimi MFL-in əsas mövsümündə iştirak pulsuz olacaq.

2. Təsnifat mərhələsinin qalibi olmuş komandaların üzvləri sonradan başqa komandaya keçə bilməzlər (bu yalnız qış transfer pəncərəsi zamanı mümkün olacaq).

3. Təsnifat mərhələsinin qalibi olmuş komandaların oyunçularının əsas mövsümə buraxılması üçün onlar turnirin Reqlamentinə cavab verməlidirlər. Reqlamentə cavab verməyən oyunçular təsnifat mərhələsinin yekunlaşmasından sonra komandalardan uzaqlaşdırılacaqlar.

Suallarınız varsa zəng edə və yaxud mesaj göndərə bilərsiniz:

Telefon: (055) 716-34-94

E-mail: [email protected]

Futbol həyatınızın ayrılmaz bir hissəsidirsə, öz gücünüzü və bacarığınızı sınamaq istəyirsinizsə bu fürsəti qaçırmamalısınız. Kim bilir, bəlkə 5 şanslı komandadan biri elə siz olacaqsınız!

SPONSORLAR