close

“MFL Gəncə Kuboku - 2021” turnirində 1/4 finalçılar məlum oldu

24 Avqust 2021

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL tərəfindən təşkil edilən “MFL Gəncə Kuboku - 2021” turnirində son qrup matçları və 1/8 final mərhələsinin oyunları keçirilib.

24 komandanın mübarizəyə başladığı turnirin son qrup oyunlarının nəticələrinə görə 1/8 final mərhələsinə vəsiqə qazanan komandaların adına aydınlıq gəlib.

21 avqust, 3-cü tur

A qrupu

“Qara Köynəklilər” 3 – 0 “Gəncə Beynəlxalq Xəstəxanası” 

“Kövsər” 3 - 11 “Uğur”

B qrupu

“Best Dental Clinic” 4 – 3 “Bosfor”

“Lokomotiv Gəncə” 3 – 13 “Avrora Gəncə”

C qrupu

“Dostlar Komandası” 2- 7 “Halal Dad FK”

“Yüksəl” 4 - 10 “Üçtəpə Gəncə”

D qrupu

“Evoshop” 4 – 3 “Qarayeri”

“Şəmkir” 7 – 7 “Ağasıbəyli”

E qrupu

“Coca-Cola Gəncə” 0 – 3 “Zəfər”

“Dinamo Gəncə” 10 – 4 “Gəncə”

F qrupu

“Bizim ailə” 1 – 3 “Ümid”

“Kristal” 3 – 3 “Automatt”

Qrup oyunlarının nəticələrinə görə öz qruplarında ilk iki yeri tutan “Qara Köynəklilər”, “Uğur”, “Best Dental Clinic”, “Halal Dad FK”, “Dinamo Gəncə”, “Evoshop”, “Ümid”, “Avrora Gəncə”, “Şəmkir”, “Bizim Ailə”, “Zəfər”, “Üçtəpə Gəncə”, eyni zamanda üçüncü yeri tutan komandalardan ən yaxşı göstəricilərə malik “Gəncə”, “Yüksəl”, “Qarayeri” və “Kövsər” komandaları 1/8 final mərhələsinə vəsiqə qazanıblar.

Qeyd etdiyimiz kimi, artıq 1/8 final mərhələsinin də oyunları keçirilib. Nəticələri təqdim edirik:

22 avqust, 1/8 final

“Qara Köynəklilər” 4 – 4, (pen. 2:4) “Best Dental Clinic” 

“Halal Dad FK” 2 – 4 “Gəncə”

“Dinamo Gəncə” 9 – 3 “Yüksəl”

“Evoshop” 12 – 1 “Bizim Ailə”

“Ümid” 3 – 9 “Qarayeri”

“Avrora Gəncə” 9 – 1 “Kövsər”

“Şəmkir” 2 – 4 “Zəfər”

“Uğur” 4 – 5 “Üçtəpə Gəncə”

Beləliklə, 1/8 final mərhələsinin nəticələrinə görə “Best Dental Clinic”, “Gəncə”, “Dinamo Gəncə”, “Evoshop”, “Qarayeri”, “Avrora Gəncə”, “Zəfər” və “Üçtəpə Gəncə” komandaları 1/4 final mərhələsinə adlayıblar.

Turnirin bombardirlər siyahısına rəqib qapılarından 19 top keçirən Rasim Qurbanov (“Avrora Gəncə”) başçılıq edir. Onu 13 qolla Rəhman Əzizov (“Evoshop”) və 11 qolla Raul Əlizadə (“Ümid”) izləyir.

Qeyd edək ki, 1/4 final mərhələsində qalib gələn komandalar yarımfinala vəsiqə qazanacaqlar. Yarımfinalda məğlub olan komandalar üçüncü yer uğrunda mübarizə aparacaqlar, qalib gələn komandalar isə turnirin həlledici final görüşündə üz-üzə gələcəklər.

Yarımfinal mərhələsində komandalar ev və səfər oyunu olmaqla iki dəfə qarşılaşacaqlar. Üçüncü yer uğrunda oyun və final görüşü isə bir dəfə keçiriləcək.

Turnirin mükafat fonduna gəlincə,Turnirdə yüksək nəticələr göstərən komandalar və futbolçular üçün aşağıdakı mükafatlar nəzərdə tutulub:

I yer – 750 manat, qızıl medallar, kubok

II yer – 500 manat, gümüş medallar

III yer – 250 manat, bürünc medallar

SPONSORLAR