close

“MFL Gəncə Kuboku - 2021” turnirinin püşkatma mərasimi keçirilib

14 Avqust 2021

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL tərəfindən təşkil edilən yeni turnirin - “MFL Gəncə Kuboku - 2021” turnirinin püşkatma mərasimi keçirilib.

MFL-in Facebook səhifəsi ilə canlı yayımlanan mərasimdə MFL-in direktoru Vüqar Nadirovla MFL-in koordinatoru Kamran Həsənov iştirak ediblər.

MFL-in koordinatoru Kamran Həsənov sözügedən turnirin Gəncədə keçiriləcək sayca ikinci turnir olduğunu deyib:

“Məlum olduğu kimi, Gəncədə MFL tərəfindən ilk turnir 2019-cu ildə keçirilib. Olduqca böyük marağa səbəb olan turnirdə 64 komanda çıxış edib. İnanırıq ki, bu turnir də böyük maraqla qarşılanacaq”.

MFL-in direktoru Vüqar Nadirov bildirib ki, gəncəli futbol həvəskarları turniri böyük səbirsizliklə gözləyirlər. “MFL Gəncə Kuboku - 2021” turnirinin yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edən V.Nadirov iştirakçılara uğurlar arzulayıb. O, AFFA tərəfindən turnirə böyük dəstək verildiyini diqqətə çatdıraraq, buna görə adıçəkilən qurumun rəhbərliyinə təşəkkür edib.

Çıxışlardan sonra “MFL Gəncə Kuboku - 2021” turnirinin püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticəsində Turnirdə çıxış edən 24 komanda hər birində 4 komanda olmaqla 6 qrupa bölünüblər. Qrupları təqdim edirik:

A qrupu: “Qara Köynəklilər”, “Uğur”, “Kövsər”, “Gəncə Beynəlxalq Xəstəxanası”

B qrupu: “Bosfor”, “Avrora Gəncə”, “Best Dental Clinic”, “Lokomotiv Gəncə”

C qrupu: “Üçtəpə Gəncə”, “Dostlar Komandası”, “Yüksəl”, “Halal Dad FK” 

D qrupu: “Şəmkir”, “Ağasıbəyli”, “Qarayeri”, “Evoshop”.

E qrupu: “Coca-Cola Gəncə”, “Dinamo Gəncə”, “Gəncə”, “Zəfər”

F qrupu: “Ümid”, “Bizim Ailə”, “Kristal”, “Automatt”

Avqustun 14-də ilk turun oyunları keçiriləcək. İlk turda qarşılaşacaq komandaları təqdim edirik:

A qrupu:

“Qara Köynəklilər” - “Kövsər”, “Uğur” - “Gəncə Beynəlxalq Xəstəxanası”

B qrupu:

“Bosfor” - “Lokomotiv Gəncə”, “Avrora Gəncə” - “Best Dental Clinic”

C qrupu:

“Üçtəpə Gəncə” - “Dostlar Komandası”, “Yüksəl” - “Halal Dad FK” 

D qrupu:

“Şəmkir” - “Qarayeri”, “Ağasıbəyli” - “Evoshop”

E qrupu:

“Coca-Cola Gəncə” - “Dinamo Gəncə”, “Gəncə” - “Zəfər”

F qrupu:

“Ümid” - “Kristal”, “Bizim Ailə” - “Automatt”

Qeyd edək ki, qrup oyunları üç turu əhatə edəcək və yekunda öz qruplarında ilk iki yeri tutan komandalar (12 komanda), eyni zamanda üçüncü yeri tutan komandalardan ən yaxşı göstəricilərə malik dörd komanda (ən çox xal yığan, xallar bərabər olduqda isə ən çox qol vuran komandalar) 1/8 final mərhələsində çıxış etmək hüququ qazanacaqlar. 

1/8-də məğlub olan komandalar turnirlə vidalaşacaqlar. Rəqiblərindən üstün olan komandalar isə ardıcıllıqla 1/4 və 1/2 final mərhələsində çıxış etmək imkanı qazanacaqlar. Yarımfinalda məğlub olan komandalar üçüncü yer uğrunda mübarizə aparacaqlar, qalib gələn komandalar isə turnirin həlledici final görüşündə üz-üzə gələcəklər.

Yarımfinal mərhələsində komandalar ev və səfər oyunu olmaqla iki dəfə qarşılaşacaqlar. Üçüncü yer uğrunda oyun və final görüşü isə bir dəfə keçiriləcək.

Turnirin mükafat fonduna gəlincə,Turnirdə yüksək nəticələr göstərən komandalar və futbolçular üçün aşağıdakı mükafatlar nəzərdə tutulub:

I yer – 750 manat, qızıl medallar, kubok

II yer – 500 manat, gümüş medallar

III yer – 250 manat, bürünc medallar

SPONSORLAR