close

“MFL Gəncə Kuboku - 2021” üçün qeydiyyat başlayır

16 İyul 2021

Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL planetin ən məşhur idman növünün azarkeşlərini öz ətrafında birləşdirməkdə davam edir.

MFL 2016-cı ildən başlayaraq Azərbaycanda peşəkar formada həvəskar futbolçular arasında təşkil olunan irimiqyaslı idman tədbiridir. Müxtəlif həvəskar komandaları bir araya gətirən və onlar arasında oyunlar təşkil edən MFL futbol həvəskarlarına təkcə öz oyunlarını küçələrdən meydana daşımaq imkanı yaratmır, eyni zamanda, onlara meydanların ulduzuna çevrilmək şansı verir. 

Paytaxt Bakıda artıq 6 ildir ki, təşkil olunan MFL ikinci dəfə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə həvəskar futbolçularla görüşür. Belə ki, 2019-cu ildə Gəncə şəhərində təşkil olunmuş turnir futbol həvəskarlarının böyük marağına səbəb olmuşdu. Bu səbəbdən MFL ikinci dəfə Gəncədə futbol turnirinin keçirilməsinə qərar verib. 

“MFL Gəncə Kuboku - 2021” adı altında keçiriləcək turnir Gəncədə yaşayan futbol həvəskarlarını öz ətrafında birləşdirməklə yanaşı regionlarda həvəskar futbolun inkişafı üçün də olduqca əhəmiyyətli təkandır.

Qeydiyyat qaydaları

Liqada iştirak üçün komandaların qeydiyyatı iyulun 29-da başa çatacaq.

Komanda qeydiyyat üçün Təşkilatçı tərəfindən müəyyən edilən məbləğdə əvvəlcədən ödəniş etməlidir.

Sənədlər tələb olunan tarixdən gec təqdim olunduğu təqdirdə komanda liqaya buraxılmaya bilər.

İlk müraciət edən 64 komandanın müraciətlərinə baxılır və qeydiyyat prosesinə daxil edilir.

Qeydiyyat tələblərini lazımi qaydada yerinə yetirməyən komandalar prosesdən kənarlaşdırıldığı təqdirdə növbəti ərizənin müraciəti tarixinə uyğun olaraq digər komanda qeydiyyat prosesinə cəlb olunur.

Qeydiyyat üçün tələb olunan sənədlər

• Qüvvədə olan şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi) surəti. Rus və digər xarici dildə olan şəxsiyyəti təsdiq edən sənədlərin Azərbaycan dilində tərcüməsi notarial qaydada təsdiq edildikdən sonra təqdim olunmalıdır. Əks halda qəbul olunmayacaq.

• Üzərində komanda kapitanının imzası olan oyunçuların siyahısı. Siyahıda komandanın üzvlərinin, əlaqələndirici şəxsin (kapitan və vitse-kapitan) doğum tarixi, e-poçt ünvanı və əlaqə nömrəsi mütləq göstərilməlidir. Siyahıda komandanın kapitanı ayrıca qeyd olunmalıdır.

• Sənədlərin təqdim edilməsi komandanın rəsmi nümayəndəsi (kapitan) vasitəsi ilə aparılmalıdır.

• Sənədlər iyulun 29-na kimi Təşkilatçılara təqdim edilməlidir.

Qeydiyyatdan keçmək üçün əlaqə nömrəsi: +994 (55) 742 80 88 (Kamran bəy).

İştirak üçün ödəniş

Korporativ komandalar üçün iştirak haqqı - 100 AZN

Fərdi komandalar üçün iştirak haqqı - 50 AZN

*Qeyd: Ödəniləcək rüsum ümumi komanda üçün nəzərdə tutulub.

Liqanın qaydaları

Liqada 64 komandanın iştirakı nəzərdə tutulur.

• Tərkibində minimum 10, maksimum 12 nəfər olan istənilən komanda qeydiyyatdan keçə bilər. Bunlardan ən azı 2 nəfəri qapıçı olmalıdır. Qeydiyyat zamanı oyunçular yoxlanılmayacaq.

• Meydanda eyni anda 5 oyunçu və 1 qapıçı ola bilər.

• Həmçinin ehtiyat oyunçular skamyasında 2 məşqçi, 5 əvəzləyici oyunçu və 1 qapıçı əyləşə bilər.

Liqanın keçirilmə sistemi

64 komanda olimpiya sistemi ilə qarşılaşır.

Final mərhələsi 1/32, 1/16, 1/8, 1/4, 1/2, III yer uğurunda və final oyunundan ibarətdir.

1/2 final mərhələdə məğlub olan komandalar üçüncü yer uğrunda, qaliblər isə çempionluq uğrunda mübarizə aparır.

Final mərhələsinin 1/32 final cütlükləri püşkatma yolu ilə müəyyən olunur.

Mükafat fondu

I yer - 1000 AZN

II yer - 700 AZN

III yer - 400 AZN

Qeyd edək ki, yaxın günlərdə turnirin başlama vaxtı barədə əlavə məlumat veriləcək.

SPONSORLAR