close

“Surə Su MFL Kuboku”nda finalçılar məlum oldu - NƏTİCƏLƏR

18 May 2021

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL-də futbol həyəcanı davam edir.

Yeni mövsümün ilk turniri olan “Surə Su MFL Kuboku”nda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

İlk olaraq meydana “Borçalı FK” ilə “Beerbaşa” komandaları çıxıblar. İlk görüşdə meydandan qolsuz bərabərliklə ayrılan komandalar cütün taleyini cavab görüşündə həll ediblər. Rəqibinə 4:2 hesabı ilə qalib gələn “Beerbaşa” ilk olaraq final oyununa vəsiqə qazanıb.

Yarımfinal mərhələsinin digər cavab qarşılaşmasında “İsma Baku” ilə “Galaxy FK” komandaları üz-üzə gəliblər. Bu komandalar arasında keçirilən ilk görüş də sülhlə (1:1) başa çatdığından azarkeşlər bu komandaların cavab görüşünü də böyük səbirsizliklə gözləyirdirlər. Gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçən matçın sonunda rəqibinə 3:2 hesabı ilə qalib gələn “Galaxy FK” adını final mərhələsinə yazdıran tərəf olub. 

Beləliklə, turnirin mayın 21-də keçiriləcək həlledici final görüşündə “Beerbaşa” ilə “Galaxy FK” komandaları qarşılaşacaq. “Borçalı FK” və “İsma Baku” komandaları isə bürünc medallar uğrunda mübarizə aparacaqlar.

Turnirin qalibi olan komanda pul mükafatı, kubok və medallarla, ikinci və üçüncü yerləri tutan komandalar isə pul mükafatı və medallarla mükafatlandırılacaqlar.

SPONSORLAR