close

“Surə Su MFL Kuboku”nda yarımfinalın ilk oyunları keçirildi - NƏTİCƏLƏR

16 May 2021

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL-də futbol həyəcanı davam edir.

Yeni mövsümün ilk turniri olan “Surə Su MFL Kuboku”nda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

İlk olaraq meydana “Beerbaşa” ilə “Borçalı FK” komandaları çıxıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada komandaların bütün cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb və görüş quru hesablı bərabərliklə başa çatıb.

Digər yarımfinal oyununda “Galaxy FK” ilə “İsma Baku” komandaları üz-üzə gəlib. Bu görüşdə də azarkeşlər gərgin mübarizəyə şahidlik ediblər. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan sülhlə ayrılıblar. 

Beləliklə, yarımfinal cütlərinin taleyi mayın 17-də keçiriləcək cavab oyunlarında həll olunacaq. Qalib gələn komandalar həlledici – final oyununa vəsiqə qazanacaqlar. Məğlub olan komandalar isə üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Turnirin qalibi olan komanda pul mükafatı, kubok və medallarla, ikinci və üçüncü yerləri tutan komandalar isə pul mükafatı və medallarla  mükafatlandırılacaqlar.

 

SPONSORLAR