close

“Surə Su MFL Kuboku”nda 1/4 finalın ilk oyunları keçirildi - NƏTİCƏLƏR

06 May 2021

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL-də futbol həyəcanı davam edir.

Yeni mövsümün ilk turniri olan “Surə Su MFL Kuboku”nda 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

İlk olaraq meydana A qrupunu lider kimi başa vuran TCS ilə B qrupunun ikincisi “Borçalı FK” komandaları çıxıb. Günün ən qollu qarşılaşmasında qapılara doqquz qol vurulub. Sonda 6:3 hesabı ilə rəqibinə qalib gələn “Borçalı FK” meydandan qalib ayrılıb.

“Beerbaşa” - “BOS Shelf” komandalarının görüşündə “Beerbaşa” rəqibinin qapısından üç cavabsız top keçirib. Bununla da “Beerbaşa” cavab oyunu öncəsi böyük üstünlük qazanıb.

“Galaxy FK” - “Bizon Energy” oyununda azarkeşlər beş qola şahidlik ediblər. “Galaxy FK” rəqibinin qapısından dörd top keçirib. “Bizon Energy”nin güü yalnız təsəlli qoluna çatıb.

“İsma Baku” - “Peçat Dönər” görüşündə isə qalibi müəyyənləşdirmək mümkün olmayıb. Hərəyə iki dəfə fərqlənən komandalar meydandan sülhlə ayrılıblar.

Komandalar arasında cavab görüşü mayın 7-də keçiriləcək. İki oyunun nəticəsinə görə üstün olan komandalar növbəti – yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar.

Qeyd edək ki, 1/4 (8 oyun) və 1/2 (4 oyun) final mərhələsində komandalar ev və səfər oyunu olmaqla iki dəfə qarşılaşacaqlar. Üçüncü yer uğrunda oyun və final görüşü isə bir dəfə keçiriləcək.

Turnirin qalibi olan komanda pul mükafatı, kubok və medallarla, ikinci və üçüncü yerləri tutan komandalar isə pul mükafatı və medallarla mükafatlandırılacaqlar.

SPONSORLAR