close

“Surə Su MFL Kuboku”nda 1/4 finalçılar məlum oldu - NƏTİCƏLƏR

05 May 2021

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL-də futbol həyəcanı davam edir.

Yeni mövsümün ilk turniri olan “Surə Su MFL Kuboku”nda qrup oyunlarının sonuncu - üçüncü turunun oyunları keçirilib. Bununla da turnirdə qrup oyunlarına yekun vurulub.

A qrupunda meydana ilk olaraq “Ceyhun FK” və “Maisan” komandaları çıxıblar. Rəqibinin qapısından üç cavabsız top keçirən “Maisan” meydandan qalibiyyətlə ayrılıb. “Galaxy FK” – TCS görüşü də eyni heabla başa çatıb. Belə ki, TCS 3:0 hesabı ilə rəqibinə qalib gəlib.

B qrupunda “Khazar FC” – “Borçalı FK” görüşü gərgin mübarizə şəraitində keçib. Sonda “Borçalı FK” komandası rəqibini 4:3 hesabı ilə məğlub etməyi bacarıb. Qrupun digər matçında “Bizon Energy” 10:0 hesabı ilə “Sputnik”-i darmadağın edib. 

C qrupunda “Beerbaşa” “Hövsan OİK”ın qapısından yeddi top keçirib. İkincilərin gücü yalnız təsəlli qoluna çatıb. “İsma Baku” isə 4:1 hesabı ilə “Khansport”a qalib gəlib.

D qrupunda “BOS Shelf” – “Qaradağ Lökbatan” görüşünün taleyini bir qol həll edib. Gərgin mübarizə şəraitində keçən oyunda rəqibinə minimal hesabla qalib gələn “BOS Shelf” meydandan qalib ayrılan tərəf olub. Qrupun digər qarşılaşmasında isə “Darul Hikmət” 5:2 hesabı ilə “Peçat Dönər”dən üstün olub.

Beləliklə, qrup oyunlarının nəticəsinə görə, A qrupundan TCS və “Galaxy FK”, B qrupundan “Bizon Energy” və “Borçalı FK”, C qrupundan “Beerbaşa” və “İsma Baku”, D qrupundan isə “Peçat Dönər” və “BOS Shelf” 1/4 final mərhələsinə vəsiqə qazanıblar.

1/4 finalda qarşılaşacaq cütlükləri təqdim edirik:

TCS - “Borçalı FK”

“Galaxy FK” - “Bizon Energy”

“Beerbaşa” - “BOS Shelf”

“İsma Baku” - “Peçat Dönər”

Turnirin bombardirləri siyahısına əvvəlki kimi rəqib komandaların qapısından 8 top keçimiş TCS komandasının oyunçusu İlkin Vəlizadə başçılıq edir. “İsma Baku”-dan Nəsib Əliyev 7 qolla ikincidir. “Khansport”dan Valeh Seyidovla “Khazar FC”dan Elmin İsmayılzadə hərəyə 6 dəfə fərqləniblər.

Qeyd edək ki, 1/4 (8 oyun) və 1/2 (4 oyun) final mərhələsində komandalar ev və səfər oyunu olmaqla iki dəfə qarşılaşacaqlar. Üçüncü yer uğrunda oyun və final görüşü isə bir dəfə keçiriləcək.

Turnirin qalibi olan komanda pul mükafatı, kubok və medallarla, ikinci və üçüncü yerləri tutan komandalar isə pul mükafatı və medallarla mükafatlandırılacaqlar.

SPONSORLAR