close

MFL-in yeni turnirinin mükafat fondu məlum oldu

07 Aprel 2021

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL pandemiya səbəbindən yaranmış fasiləyə son verir.

Belə ki, ölkəmizdə futbolun daha da populyarlaşdırılmasını, insanlar arasında sağlam həyatı təbliğ etməyi qarşısına məqsəd qoyan MFL AFFA-nın dəstəyi ilə aprel ayında start götürəcək yeni turnirə qeydiyyat davam edir.

Qeyd edək ki, turnirin hər bir oyununa tərkibində MFL-in koordinatorları, AFFA-nın hakimləri, peşəkar həkim və MFL-in İntizam Komitəsinin üzvlərinin daxil olduğu briqada nəzarət edəcək. Bu da turnirdə yüksək peşəkarlığı və obyektivliyi təmin etməyə imkan verir.

Turnirdə 16 komandanın iştirakı nəzərdə tutulub. Qeyri-korporativ ad altında çıxış edən (şirkət adı olmayan) komandalar 250 manat, korporativ ad altında çıxış etmək istəyən komandalar isə (misal üçün, sponsorluq edən şirkətin adı altında) 500 manat qeydiyyat haqqı ödəməlidirlər.

Arzu edən komandalar qeydiyyatdan keçməklə turnirin iştirakçısı ola bilərlər.

Turnirin formatı

Turnirin oyunları Bakı Olimpiya Stadionunun ərazisində yerləşən MFL ARENA idman kompleksinin meydanlarında kubok sistemi üzrə keçiriləcək.

Turnirdə çıxış edəcək 16 komanda 4 qrupa bölünəcək. Qrup oyunları üç turu əhatə edəcək və yekunda öz qruplarında ilk iki yeri tutan komandalar 1/4 final mərhələsində çıxış etmək hüququ qazanacaqlar. 1/4 (8 oyun) və 1/2 (4 oyun) final mərhələsində komandalar ev və səfər oyunu olmaqla iki dəfə qarşılaşacaqlar. Üçüncü yer uğrunda oyun və final görüşü isə bir dəfə keçiriləcək.

Reqlament

Turnirə start verildiyi gün 18 yaşı tamam olmuş hər bir şəxs Turnirdə iştirak edə bilər.

Heyətində minimum 8, maksimum isə 12 oyunçu olan istənilən komanda qeydiyyatdan keçə bilər. Onlardan ən azı 2-si qapıçı olmalıdır.

Komandanın kapitanı da göstərilməlidir.

Hər bir iştirakçının şəxsiyyət vəsiqəsinin surəti və kapitanın əlaqə nömrəsi təşkilatçılara təqdim olunmalıdır. Oyun zamanı meydanda 5 sahə oyunçusu və 1 qapıçı olacaq.

Turnirin mükafat fondu

Turnirdə yüksək nəticələr göstərən komandalar və futbolçular üçün aşağıdakı mükafatlar nəzərdə tutulub:

• I yer – 1500 manat, qızıl medallar, kubok və gələn mövsüm pulsuz iştirak hüququ

• II yer – 1000 manat, gümüş medallar

• III yer – 500 manat, bürünc medallar

Suallarınız varsa zəng edə və yaxud mesaj göndərə bilərsiniz:

Telefonlar: (055) 742- 80-88

E-mail: [email protected]

SPONSORLAR