close

MFL apreldə yeni turnirə start verir: qeydiyyat başladı

01 Aprel 2021

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL pandemiya səbəbindən yaranmış fasiləyə son verir. 

Belə ki, ölkəmizdə futbolun daha da populyarlaşdırılmasını, insanlar arasında sağlam həyatı təbliğ etməyi qarşısına məqsəd qoyan MFL AFFA-nın dəstəyi ilə aprel ayında start götürəcək yeni turnirə qeydiyyatın başladığını elan edir.

Turnirin oyunları Bakı Olimpiya Stadionunun ərazisində yerləşən MFL ARENA idman kompleksinin meydanlarında kubok sistemi üzrə keçiriləcək.

Hər bir oyuna tərkibində MFL-in koordinatorları, AFFA-nın hakimləri, peşəkar həkim və MFL-in İntizam Komitəsinin üzvlərinin daxil olduğu briqada nəzarət edəcək. Bu da turnirdə yüksək peşəkarlığı və obyektivliyi təmin etməyə imkan verir.

Qeyri-korporativ ad altında çıxış edən (şirkət adı olmayan) komandalar 250 manat, korporativ ad altında çıxış etmək istəyən komandalar isə (misal üçün, sponsorluq edən şirkətin adı altında) 500 manat qeydiyyat haqqı ödəməlidirlər.

Arzu edən komandalar qeydiyyatdan keçməklə turnirin iştirakçısı ola bilərlər.

Turnirin reqlamenti və mükafat fondu ilə bağlı əlavə məlumat veriləcək.

Suallarınız varsa zəng edə və yaxud mesaj göndərə bilərsiniz:

Telefonlar: +994557428088

E-mail: [email protected]

SPONSORLAR