close

LSS MFL 2019/20-də finalçılar məlum oldu - FOTO

25 Sentyabr 2020

Sentyabrın 24-də LSS MFL 2019/20-də yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

İlk olaraq meydana “Galaxy FK” və “Beerbaşa” komandaları çıxıblar. İlk oyunda rəqibinə 8:2 hesabı ilə qalib gələn “Beerbaşa” cavab matçında da rəqibindən güclü olduğunu sübut edib. Meydandan 3:2 hesabı ilə qalib ayrılan “pivəçilər” ilk olaraq finala vəsiqəni təmin ediblər.

Günün digər qarşılaşmasında “Universal” və “Squadra” komandaları üz-üzə gəliblər. İlk görüşdə “Squadra” rəqibinə minimal hesabla qalib gəldiyindən bu görüşə maraq daha böyük olub. Gərgin mübarizə şəraitində keçən oyunda bu dəfə “Universal” komandası üstün tərəf olub – 2:1. Beləliklə cütün taleyi pealtilər seriyasında həll olunub. Burada daha dəqiq olan (3:2) “Universal” komandası finala vəsiqə qazanıb.

Beləliklə, həlledici final qarşılaşmasında “Beerbaşa” və “Universal” komandaları görüşəcəklər. “Galaxy FK” ilə “Squadra” komandaları isə üçüncü yer uğrunda mübarizə aparacaqlar.

SPONSORLAR