close

LSS MFL 2019/20-də yarımfinal mərhələsinin ilk oyunları keçirilib - NƏTİCƏLƏR

22 Sentyabr 2020

MFL-də iştirak edənlərin nəzərinə!

Sentyabrın 21-də LSS MFL 2019/20-də yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

İlk olaraq meydana “Squadra” və “Universal” komandaları çıxıblar. Bu iki komandanın görüşü olduqca gərgin mübarizə şəraitində keçib. Oyunun 9-cu dəqiqəsində “Squadra”nın rəqibinin qapısından keçirdiyi top həlledici olub. Beləliklə də görüş minimal hesabla “Squadra”nın xeyrinə başa çatıb.

İkinci yarımfinal matçında isə  “Beerbaşa” və “Galaxy FK” komandaları üz-üzə gəliblər. Rəqibindən daha üstün oyun sərgiləyən “pivəçilər” sonda 8:2 hesabı ilə qalib gələrək cavab oyunu öncəsi böyük üstünlük əldə ediblər.

Beləliklə, yarımfinal mərhələsinin ilk oyunlarının nəticələrini təqdim edirik.

“Squadra” - “Universal” 1:0

“Beerbaşa” - “Galaxy FK” 8:2

Qeyd edək ki, komandalar arasında cavab görüşü sentyabrın 24-də keçiriləcək. İki görüşün nəticəsinə görə üstün olan komandalar həlledici oyuna - finala vəsiqə qazanacaqlar.

SPONSORLAR