MFL-də iştirak edənlərin nəzərinə!
Sentyabrın 10-da LSS MFL 2019/20-də 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
“Squadra” - “AgroSport” oyununda iki qol vurulub. İlk görüşdə rəqibinə 4:2 hesabı ilə qalib gələn “Squadra” bu dəfə də rəqibindən üstün olub – 2:0.
“Muğanbank” - “Universal” matçında isə cəmi bir qol vurulub. İlk oyunda 2:1 hesablı qələbəyə sevinən “Universal” bu dəfə də rəqibinə qalib gələrək yarımfinalda oynamaq hüququ qazanıb.
Böyük maraqla gözlənilən qarşılaşmalardan biri “Tiyaqani FK” - “Galaxy FK” görüşü idi. İlk oyunda 1:1 hesablı bərabərliyin qeydə alınması cavab görüşünün kifayət qədər gərgin keçəcəyindən xəbər verirdi. Tədricən üstünlüyü ələ alan “Galaxy FK” sonda rəqibinə 3:0 hesabı ilə qalib gəlməyi bacarıb.
“Kapital Bank” - “Beerbaşa” oyununda “Kapital Bank”ın futbolçusu Səid Abasov qırmızı vərəqə alıb. Bundan sonra “Kapital Bank”ın oyunçuları meydanı tərk edərək görüşü davam etdirməkdən imtina ediblər. Buna görə də komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Beləliklə də ilk oyunda 2:0 hesabı ilə rəqibinə qalib gələn “Beerbaşa” yarımfinala adını yazdıran tərəf olub.
1/4 final mərhələsinin cavab oyunlarının nəticələrini təqdim edirik.
“AgroSport” - “Squadra” 0:2 (ilk oyun 2:4)
“Muğanbank” - “Universal” 0:1 (ilk oyun 1:2)
“Tiyaqani FK” - “Galaxy FK” 0:3 (ilk oyun 1:1)
“Kapital Bank” - “Beerbaşa” 0:3 (ilk oyun 0:2)
Beləliklə, iki görüşün nəticəsinə görə üstün olan “Squadra”, “Universal”, “Galaxy FK” və “Beerbaşa” komandaları növbəti mərhələyə - yarımfinala vəsiqə qazanıblar.
Nəzərinizə çatdıraq ki, 1/2 finalda “Squadra” “Universal”la, “Galaxy FK” isə “Beerbaşa” komandası ilə qarşılaşacaq.
Komandalar arasında ilk yarımfinal oyunları 21 sentyabr, cavab görüşləri isə 24 sentyabr tarixlərində keçiriləcək.