MFL-də iştirak edənlərin nəzərinə!
Sentyabrın 7-də LSS MFL 2019/20-də 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
İlk olaraq meydana “Squadra”və “AgroSport” komandaları çıxıblar. Görüş 4:2 hesabı ilə birincilərin xeyrinə başa çatıb.
“Beerbaşa” - “Kapital Bank” görüşündə daha üstün oyun sərgiləyən “Beerbaşa” rəqibinin qapısından iki cavabsız top keçirib.
“Galaxy FK” - “Tiyaqani FK” matçında isə bərabərlik qeydə alınıb. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan sülhlə ayrılıblar. Beləliklə, cavab görüşündə istənilən hesabla qalib gələn komanda növbəti mərhələyə vəsiqə qazanacaq.
“Universal” - “Muğanbank” oyunu da gərgin mübarizə şəraitində keçib. Sonda “Universal” komandası rəqibini 2:1 hesabı ilə üstələməyi bacarıb.
Beləliklə, 1/4 final mərhələsinin ilk oyunlarının nəticələrini təqdim edirik.
“Squadra” - “AgroSport” 4:2
“Beerbaşa” - “Kapital Bank” 2:0
“Galaxy FK” - “Tiyaqani FK” 1:1
“Universal” - “Muğanbank” 2:1