close

LSS MFL 2019/20-də 1/4 finalçılar məlum oldu - FOTO - VİDEO - NƏTİCƏLƏR

04 Sentyabr 2020

MFL-də iştirak edənlərin nəzərinə!

Sentyabrın 3-də LSS MFL 2019/20-də 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

“Galaxy FK” ilk oyunda olduğu kimi cavab görüşündə də “Lokomotiv Baku” komandasını məğlub edib – 9:4. İlk oyunda 21:0 hesabı ilə “Kontakt Home”u darmadağın edən “Muğanbank” rəqibi cavab görüşünə gəlmədiyi üçün texniki qələbə qazanıb.

“Kapital Bank” – “Avengers” oyunu 2:2 hesablı bərabərliklə başa çatıb. Lakin ilk oyunda rəqibinə 4:2 hesabı ilə qalib gələn “bankirlər” növbəti mərhələyə vəsiqə qazanıblar. “Squadra” cavab görüşündə də “Borussia Baku”nu məğlub etməyi bacarıb – 3:1.

İlk matça “Gənclik İK”-nı 9:0 hesabı ilə darmadağın edən “Beerbaşa” cavab görüşündə eyni nəticəni təkrarlamağa cəmi bir qolu çatmayıb – 8:0. “AgroSport” - “BOS Shelf” görüşü isə gərginliyi ilə seçilib. İlk oyunda “AgroSport”a 1:3 hesabı ilə məlub olan “BOS Shelf” cavab görüşündə 3:2 hesabı ilə qalib gəlsə də, iki oyunun nəticəsinə görə mərhələ adlayan tərəf “AgroSport” olub.

“Peçat Dönər” - “Universal” qarşılaşması da maraqla gözlənilirdi. İlk oyunda minimal hesabla məğlub olan “Universal” cavab görüşündə rəqibinin qapısından dörd cavabsız top keçirməklə həm məğlubiyyətin əvəzini çıxıb, həm də adını 1/4 finala yazdırıb. “Tiyaqani FK” - “Piramida SAYAD” oyunu da olduqca gərgin mübarizə şəraitində keçib. İlk oyunda rəqiblər sülh bağladıqlarından (2:2) cütün taleyi cavab matçında həll olunub. “Tiyaqani FK” minimal hesabla rəqibinə qalib gələrək mərhələ adlayan tərəf olub.

Play-off mərhələsinin cavab oyunlarının nəticələrini təqdim edirik:

“Galaxy FK” - “Lokomotiv Baku” 9:4 (ilk oyun 5:2)

“Muğanbank” - “Kontakt Home” 3:0 (ilk oyun 21:0)

“Kapital Bank” – “Avengers” 2:2 (ilk oyun 4:2)

“Borussia Baku” - “Squadra” 1:3 (ilk oyun 0:2)

“Gənclik İK” - “Beerbaşa” 0:8 (ilk oyun 0:9)

“AgroSport” - “BOS Shelf” 2:3 (ilk oyun 3:1)

“Peçat Dönər” - “Universal” 0:4 (ilk oyun 1:0)

“Tiyaqani FK” - “Piramida SAYAD” 1:0 (ilk oyun 2:2)

Beləliklə, iki görüşün nəticəsinə görə üstün olan “Galaxy FK”, “Muğanbank”, “Kapital Bank”, “Squadra”, “Beerbaşa”, “AgroSport”, “Universal” və “Tiyaqani FK” komandaları növbəti mərhələyə - 1/4 finala vəsiqə qazanıblar.

Nəzərinizə çatdıraq ki, 1/4 finalda “Squadra” “AgroSport”la, “Universal” “Muğanbank”la, “Beerbaşa” “Kapital Bank”la, “Galaxy FK” isə “Tiyaqani FK” ilə qarşılaşacaq.

Növbəti mərhələdə komandalar arasında keçiriləcək ilk görüşlərin təqvimini və başlama vaxtını təqdim edirik:

“Squadra” - “AgroSport” 2020-09-07, 20:00

“Beerbaşa” - “Kapital Bank” 2020-09-07, 21:00

“Galaxy FK” - “Tiyaqani FK” 2020-09-07, 22:00

“Universal” - “Muğanbank” 2020-09-07, 23:00

SPONSORLAR