close

LSS MFL 2019/20-də play-off oyunlarına start verilir

27 Avqust 2020

MFL-də iştirak edənlərin nəzərinə!

Koronavirus pandemiyası səbəbindən yaranan bir neçə aylıq fasilədən sonra Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL-də oyunlara yenidən start verilir. 

Belə ki, LSS MFL 2019/20-də qrup mərhələsini uğurla başa vuran komandalar avqustun 31-də play-off oyunlarında (1/8 final) üz-üzə gələcəklər. Komandalar arasında cavab oyunları isə 3 sentyabr tarixində keçiriləcək.

Nəzərinizə çatdıraq ki, “Keşlə İMSİ” komandası play-off mərhələsində oynamaqdan imtina etdiyindən onu “Borussia Baku” komandası əvəzləyib.

Beləliklə, play-off mərhələsində qarşılaşacaq cütlükləri təqdim edirik.

2020-08-31     20:00   MFL Arena 1  “Tiyagani FK” - “Piramida SAYAD”

2020-08-31     20:00   MFL Arena 2  “Gənclik İK” - “Beerbaşa”

2020-08-31     21:00   MFL Arena 1  “Universal” - “Peçat Dönər”

2020-08-31     21:00   MFL Arena 2  “Kapital Bank” - “Avengers”

2020-08-31     22:00   MFL Arena 1  “BOS Shelf” - “AgroSport”

2020-08-31     22:00   MFL Arena 2  “Kontakt Home” - “Muğanbank”

2020-08-31     23:00   MFL Arena 1  “Squadra” - “Borussia Baku”

2020-08-31     23:00   MFL Arena 2  “Galaxy FK” - “Lokomotiv Baku”

 

2020-09-03     20:00   MFL Arena 1  “Piramida SAYAD” -“Tiyagani FK”

2020-09-03     20:00   MFL Arena 2  “Beerbaşa” - “Gənclik İK”

2020-09-03     21:00   MFL Arena 2  “Avengers” - “Kapital Bank”

2020-09-03     21:00   MFL Arena 1  “Peçat Dönər” - “Universal”

2020-09-03     22:00   MFL Arena 2  “Muğanbank”- “Kontakt Home”

2020-09-03     22:00   MFL Arena 1  “AgroSport” -“BOS Shelf”

2020-09-03     23:00   MFL Arena 2  “Lokomotiv Baku” - “Galaxy FK”

2020-09-03     23:00   MFL Arena 1  “Borussia Baku” - “Squadra”

Qeyd edək ki, oyunlar MFL və “Sportster” idman kompleksi tərəfindən ölkədəki epidemioloji vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.

SPONSORLAR