close

“MFL Carlsberg Biznes Liqası”nın VII turu: “Binə Aqro”dan çətin qələbə, SOCAR vahid lider oldu – FOTO – VİDEO

25 Fevral 2020

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL tərəfindən ölkəmizdə fəaliyyət göstərən şirkətlər arasında keçirilən “MFL Carlsberg Biznes Liqası”nın 7-ci turunun oyunları keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, həm A, həm də B qruplarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlərin əksəriyyəti gərgin mübarizə şəraitində keçib.

Qeyd edək ki, 7-cı tur lider “Binə Aqro” üçün heç də asan keçməyib. Belə ki, autsayder “Aztelekom” la qarşılaşma olduqca gərgin alınıb. Qapılara 13 dəfə yol tapan komandaların görüşündə sevinən tərəf rəqibini 7:6 hesabı ilə məğlub edən “Binə Aqro” komandası olub.

Liderlik uğrunda mübarizə aparan “Gilan Tekstil Park” və “Universal” komandalarının qarşılaşması 3:3 hesablı bərabərliklə yekunlaşıb. Bundan məharətlə istifadə edən “Soliton LTD” “Katsan Group”a 4:1 hesabı ilə qalib gələrək turnir cədvəlndə ikinci pilləyə yüksəlib.

B qrupunun və ümumilikdə turun mərkəzi qarşılaşması zirvəni bölüşən “Azersun”la SOCAR arasında baş tutub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanı 2:0 hesabı ilə xeyrinə başa vuran SOCAR vahid liderliyə yüksəlib.

Medallar uğrunda mübarizə aparan “Veysəloğlu” “Zeytun Pharmaceuticals”a, “Go Sport” isə “İSR Holding”ə qalib gəlib. “Holcim FK” – “Norm Sement” matçının taleyini isə bir qol həll edib.

Turun ən yaddaqalan məqamlarını və qısa icmalını təqdim edirik:

A qrupunun turnir cədvəlini təqdim edirik.

B qrupunun turnir cədvəlini təqdim edirik.

Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən şirkətlər arasında keçirilən “MFL Carlsberg Biznes Liqası”nın eksklüziv tərəfdaşı “Carlsberg” şirkətinin ölkəmizdəki təmsilçisi “Carlsberg Azerbaijan” şirkətidir. Turnirin təşkilati dəstəyi isə AFFA tərəfindən təmin edilir.

Öz qruplarında ilk 4 yeri tutan komandalar play-off oyunlarına vəsiqə qazanacaqlar. Burada isə komandalar 1/4 final və yarımfinalda qüvvələrini sınayacaqlar. Sona qalan iki komanda turnirin qalibi adı uğrunda həlledici final oyununa çıxacaq.

Turnirin qalibi adını qazanan komanda Türkiyə kubokunun final oyununu pulsuz izləmək imkanı əldə edəcək. Komandanın səfər, nəqliyyat və otel xərcləri “Carlsberg Azerbaijan” şirkəti tərəfindən qarşılanacaq.

Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.

SPONSORLAR