close

“MFL Carlsberg Biznes Liqası”nda transfer pəncərəsi açıq elan olunur

10 Fevral 2020

“MFL Carlsberg Biznes Liqası”nda transfer pəncərəsi açıq elan olunur.

Komandalar bu dövrdə istirahət etməklə yanaşı heyətlərini gücləndirmək üçün də əla imkan əldə etmiş olacaqlar.

Transfer şərtləri isə aşağıdakı kimidir:

1. Transfer pəncərəsi fevralın 10-dan açıq olacaq. Son transfer günü isə 13 fevral tarixidir;

2. Komandaya əlavə edilən oyunçular Turnirin öncədən müəyyənləşdirilmiş reqlamentinə uyğun olmalıdır;

3. Transfer olunan yeni oyunçular komandanın təmsil etdiyi şirkətin əməkdaşları olmalıdırlar və bu barədə şirkətin müvafiq səlahiyyətli şəxsinin adından imzalanan və möhürlə təsdiqlənən sənəd MFL rəhbərliyinə təqdim olunmalıdır.

4. Komanda üzvlərinin maksimum limiti 12 nəfərdir. Transfer müddətində yeni sifariş olunan oyunçuların sayı 3 nəfərdən çox olmamalıdır. Məsələn, komandada 9 nəfərdirsə, rahat 3 nəfəri əlavə edə bilər, əgər 12 nəfərdirsə, 3-nü çıxarıb, yeni 3 oyunçunu əlavə edə bilər. Nəticə etibarilə, ümumi say 12-ni keçməməlidir;

5. Transfer üçün müraciətlərinizi tək-tək deyil, birdəfəlik olaraq YALNIZ komandaların kapitanları tərəfindən [email protected] elektron poçt ünvanına gödərmələri xüsusilə xahiş olunur! Digər yollarla göndərilən heç bir müraciətə baxılmayacaq! Məktubda isə aşağıdakı məlumatlar mütləq yer almalıdır:

• Komandanın adı

• Heyətdən çıxarılan oyunçuların sənədləri

• Heyətə daxil edilən oyunçuların sənədləri

• Kimin-kimi əvəz etməsinə dair qeyd

SPONSORLAR