close

LSS MFL 2019/20 Liqasının XX turu: “Squadra”dan növbəti qələbə, “Beerbaşa” liderliyini qorudu – FOTO – VİDEO

07 Fevral 2020

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan LSS MFL 2019/20-də 20-ci turun oyunları keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, həm İnfinity, həm də Platinum konferensiyalarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlər hər zamankı kimi gərgin mübarizə şəraitində keçib.

Qeyd edək ki, 20-ci turda İnfinity konferensiyasının və ümumilikdə turun ən qollu qarşılaşması “Driffters” və “Kontakt Home” komandaları arasında keçirilən görüşdə qeydə alınıb – 15 qol. Rəqibinə 11:4 hesabı ilə qalib gələn “Kontakt Home” meydanı üç xalla tərk edib.

Lider “Squadra” komandası “Xəzər Astara” ilə görüşdə növbəti qələbəsini qazanaraq liderliyini davam etdirib.

Konferensiyanın bu tur mərkəzi qarşılaşması “BOS Shelf” və “Tiyaqani” komandaları arasında keçirildi. Rəqibinə 2:0 hesabı ilə qalib gələn “neftçilər” bu qələbə sayəsində turnir cədvəlinin 2-ci pilləsinə yüksəliblər.

20-cü turda Platinum konferensiyasında əksər görüşlər olduqca məhsuldar keçib. Belə ki, həmin görüşlərdə güclü komandalar rəqiblərini sözün həqiqi mənasında “topa tutublar”. “AgroSport” – “Binə” və “Rəcəbspor” – “Gres Severnıy” oyunlarında eyni hesab qeydə alınıb – 11:1.

Bundan başqa həm “Khazar FC” – “Grand”, həm də “Beerbaşa” – “Lokomativ Baku” görüşləri 5:2 hesabı ilə başa çatıb.

“Keşlə İMSİ” 3:2 hesabı ilə “Ümid Üçtəpə”yə, “Avengers” isə 2:1 hesabı ilə “Maisan”a qalib gəlib.

Həftənin ən maraqlı qarşılaşmalarından biri Platinum konferensiyasının vahid lideri “Beerbaşa” ilə çempionluq uğrunda mübarizə aparan “Lokomativ Baku” komandaları arasında baş tutub. Futbol həvəskarları bu iki iddialı komandanın görüşünü böyük həyəcanla gözləyirdilər.

MFL-in səhifəsində canlı yayımlanan görüşdə “Beerbaşa” rəqibinə 5:2 hesabı ilə qalib gələrək zirvədəki yerini qoruyub. “Lokomotiv Baku” isə mövsümdə 4-cü dəfə məğlubiyyət acısı dadıb.

Mövsümə yaxşı başlayan “Veteran” komandası ardıcıl xal itkilərindən sonra “play-off” sıralamasından bir xeyli aralı düşdü.

“Veteran”dan fərqli olaraq “Gənclik” komandası son 4 oyunda maksimum nəticə ilə “play-off” sıralamısına inamlı şəkildə addım-addım irəliləməkdədir.

20-ci turun ən yaddaqalan məqamlarını və qısa icmalını təqdim edirik:

Geridə qalan 20 turdan sonra MFL 2019/2020-ci il mövsümünün İnfinity konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

Geridə qalan 20 turdan sonra MFL 2019/2020-ci il mövsümünün Platinum konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

LSS MFL 2019/20 Liqası – Leading Supply Solutions LLC, BOS SHELF LLC, McDonald's Azerbaijan, Muğanbank, Sabah Futbol Klubu, Carlsberg AzerbaijanGoSport Baku-nun sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.

SPONSORLAR