close

MFL-in İntizam Komitəsinin XX turun yekunuyla bağlı qərarları

07 Fevral 2020

MFL-də iştirak edənlərin nəzərinə!

Geridə qalan 20-ci turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib:

- “Gənclik İK” komandasının futbolçusu Şəhriyar Mirzə-zadə, “Kontakt Home” komandasının oyunçusu Cavid Musayev, “Avengers” komandasının futbolçusu Vüsal Alıyev və “Darul Hikmət” komandasının oyunçusu Tural Fərəməzov hərəyə 3 sarı vərəqə aldıqları üçün növbəti oyunu buraxacaqlar.

- “FC Lökbatan” – “Chelsea Baku” oyununda “FC Lökbatan” komandasının futbolçusu Asiman Məhəmmədli iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.

- “Veteran” – “Gənclik İK” oyununda “Veteran” komandasının futbolçusu Elvin Nəcəfov rəqibi aşkar qoldan məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti 2 oyunu buraxacaq.

- “Mübariz” və “Balaxanı” komandaları 3 dəfə ardıcıl oyuna gəlmədikləri üçün Turnirdən kənarlaşdırılırlar. Onların bütün nəticələri isə (keçirilmiş oyunlar daxil olmaqla) 0-3 hesablı texniki məğlubiyyətə çevrilir (bax: Qaydalar. 17).

SPONSORLAR