close

LSS MFL 2019/20 Liqasının XIX turu: “Gənclik”dən çətin qələbə, “Lokomotiv Baku”dan darmadağın – FOTO – VİDEO

31 Yanvar 2020

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan LSS MFL 2019/20-də 19-cu turun oyunları keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, həm İnfinity, həm də Platinum konferensiyalarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlər hər zamankı kimi gərgin mübarizə şəraitində keçib.

Qeyd edək ki, 19-cu turda İnfinity konferensiyasında “Chelsea Baku” “Baku Eagles”in qapısından 7 cavabsız top keçirərək görüşü darmadağınla başa vurub. “Kontakt Home” isə “Dənizkənarı Bulvar İdarəsi” üzərində inamlı qələbə qazanıb – 6:1.

“Gənclik” – “Universal” oyununun taleyini bir qol həll edib. Güclü rəqibini 1:0 hesabı məğlub edən “Gənclik” turu 3 xalla başa vurmağı bacarıb. Turun mərkəzi görüşündə “BOS Shelf”in “Galaxy” komandası üzərində 4:1 hesablı qələbə qazanması da qeyd olunmalıdır.

19-cu turda Platinum konferensiyasında lider “Beerbaşa” “Binə”ni meydana çıxmağa peşman edib. Rəqibinin qapısından 9 cavabsız top keçirən birincilər zirvədəki yerlərini qoruyublar.

Çempionluğa oynayan “Muğanbank”, “Lokomotiv Baku” və “Rəcəbspor” komandaları da turu qələbə ilə başa vurublar. “Peçat Dönər” isə “Ataman”la gərgin keçən görüşdə sülhə razı olaraq vacib iki xal itirib. 

“Chelsea Baku” komandasının kapitanı Məsut Qulubəyli ilə oyundan öncə müsahibə aldıq. Suallarımızı cavablayan Məsutun komandası artıq qeyd etdiyimiz kimi, “Baku Eagles” komandası üzərində 7-0 hesablı inamlı qələbə qazandı.

MFL-də artıq bir dəfə çempionluq kürsüsünə yüksəlmiş, qış transfer pəncərəsində isə azad agent statusu ilə “Universal” komandasına qoşulan təcrübəli qapıçı Vəli Qafarov da bizimlə öz fikirlərini bölüşdü.

İnfinity konferensiyasında turun ən maraqlı hesabı heç şübhəsiz ki, “Gənclik”  komandasının “Universal” üzərindəki əzmkar qələbəsi oldu.

“Gənclik”  komandasının qələbə sevinci

“BOS Shelf” komandası 18 oyundan sonra topladığı 45 xalla “İnfinity” konferensiyasının 3-cü pilləsində qərarlaşıb. Komandanın aktivində 15 qələbə, 3 məğlubiyyət, 67 vurulan, 22 buraxılan top mövcuddur.

“BOS Shelf” komandası növbəti qələbənin sevincini yaşayır

Həftənin ən maraqlı qarşılaşmalarından biri Platinum konferensiyasının 19-cu turu çərçivəsində turnir cədvəlinin üst pillələrində qərarlaşmış “Keşlə İMSİ” ilə “Lokomotiv Baku” komandaları arasında baş tutub. Futbol həvəskarları bu iki iddialı komandanın görüşünü böyük həyəcanla gözləyirdilər.

MFL-in səhifəsində canlı yayımlanan görüş ikincilərin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində “Lokomotiv Baku” komandası liderlər arasında öz mövqeyini qoruyub saxlamağı bacarıb. “Keşlə İMSİ” isə mövsümdə 6-cı məğlubiyyətini alıb.

19-cu turun ən yaddaqalan məqamlarını və qısa icmalını təqdim edirik:

Geridə qalan 19 turdan sonra MFL 2019/2020-ci il mövsümünün İnfinity konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

Geridə qalan 19 turdan sonra MFL 2019/2020-ci il mövsümünün Platinum konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

19-cu turdan sonra İnfinity konferensiyasında məhsuldar ötürmə edənlərin sıralaması aşağıdakı kimidir:

19-cu turdan sonra Platinum konferensiyasında məhsuldar ötürmə edənlərin sıralaması aşağıdakı kimidir:

19-cu turdan sonra İnfinity konferensiyasında rəqib qapılarından ən çox top keçirən futbolçuların sıralaması aşağıdak kimidir:

19-cu turdan sonra Platinum konferensiyasında rəqib qapılarından ən çox top keçirən futbolçuların sıralaması aşağıdak kimidir:

LSS MFL 2019/20 Liqası – Leading Supply Solutions LLC, BOS SHELF LLC, McDonald's Azerbaijan, Muğanbank, Sabah Futbol Klubu, Carlsberg AzerbaijanGoSport Baku-nun sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.

SPONSORLAR