close

MFL-in İntizam Komitəsinin XIX turun yekunuyla bağlı qərarları

31 Yanvar 2020

MFL-də iştirak edənlərin nəzərinə!
Geridə qalan 19-cu turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib:

- “Gənclik” komandasının futbolçusu Bəkir Cəbiyev, “Baku Eagles” komandasının oyunçusu Coşqun Cəbiyev və “Binə” komandasının futbolçusu Ramil Rəhimov hərəyə 3 sarı vərəqə aldıqları üçün növbəti oyunu buraxacaqlar.

- “Chelsea Baku” – “Baku Eagles” oyununda “Baku Eagles” komandasının oyunçusu Şəhriyar Yahyayev hakimin, eləcə də AFFA rəhbərliyinin ünvanına təhqiredici ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Meydanı tərk edən zaman yenə hakimin ünvanına təhqiredici ifadələr işlədib. Bu səbəbdən Şəhriyar Yahyayev Turnirdən kənarlaşdırılmaqla yanaşı, ömürlük MFL tərəfindən təşkil olunan turnirlərdə iştirakdan məhrum edilir.

- “Army United” – “Wolves” qarşılaşması “Wolves” komandasının matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir.
“Wolves” komandası 5-ci dəfə oyuna gəlmədiyi üçün Turnirdən kənarlaşdırılır. Onun bütün nəticələri isə (keçirilmiş oyunlar daxil olmaqla) 0-3 hesablı texniki məğlubiyyətə çevrilir (bax: Qaydalar. 17).

- “Keşlə İMSİ” – “Lokomotiv Baku” oyununda “Keşlə İMSİ” komandasının futbolçusu Yalçın Abbasov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.

- “Peçat Dönər” – “Ataman” oyununda “Ataman” komandasının futbolçusu Ramil Hüseynov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.

SPONSORLAR