close

MFL-in İntizam Komitəsinin “Kontakt Home” - “Dənizkənarı Bulvar İdarəsi” oyunu ilə bağlı xüsusi qərarı - VİDEO

28 Yanvar 2020

MFL-də iştirak edənlərin nəzərinə!

Geridə qalan 19-cu tur çərçivəsində keçirilmiş “Kontakt Home” - “Dənizkənarı Bulvar İdarəsi” oyunu ilə bağlı MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib:

“Dənizkənarı Bulvar İdarəsi” komandasının oyunçusu Oqtay Alxasov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Matç başa çatdıqdan sonra Oqtay Alxasov meydana daxil olaraq oyunun hakimi Hacıəli Ağayevə qarşı fiziki təzyiq göstərərək ona ciddi xəsarətlər yetirib. Baş verən insidentdə “Dənizkənarı Bulvar İdarəsi” komandasından Ceyhun İmaməli də iştirak edib.

Məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq və günahkar şəxslər qanunvericiliyin tələblərinə müvafiq olaraq məsuliyyətə cəlb ediləcəklər.

Oqtay Alxasov və Ceyhun İmaməli ömürlük MFL tərəfindən təşkil olunan turnirlərdə iştirakdan məhrum edilirlər, “Dənizkənarı Bulvar İdarəsi” komandasına isə ciddi xəbərdarlıq edilir. Bir daha bu cür insident baş verəcəyi halda komanda Turnirdən kənarlaşdırılacaq.

İnsidentlə bağlı araşdırma davam etdirilir.

SPONSORLAR