close

MFL-in İntizam Komitəsinin “MFL Carlsberg Biznes Liqası”nın III turunun yekunuyla bağlı qərarları

28 Yanvar 2020

MFL-də iştirak edənlərin nəzərinə!

Geridə qalan 3-cü turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib:

- “Zeytun Pharmaceuticals” – “Ruma Hotels” oyununda “Ruma Hotels” komandasının oyunçuları Seymur BabayevAnar Rəsulov hakimi təhqir etdikləri üçün Seymur Babayev birbaşa, Anar Rəsulov isə iki sarı, ardınca qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıblar. Oyunun 39-cu dəqiqəsində isə “Ruma Hotels” komandası oyunu davam etdirməkdən imtina edərək meydanı tərk edib.

“Ruma Hotels” komandasının oyunçusu Seymur Babayev növbəti 5 oyunu (2+3), Anar Rəsulov isə növbəti 4 oyunu (1+3) buraxmaqla yanaşı, texniki zonadan da kənarlaşdırılırlar. “Ruma Hotels” komandasına isə həmin oyuna görə texniki məğlubiyyət verilir.

SPONSORLAR