close

MFL-in İntizam Komitəsinin XVIII turun yekunuyla bağlı qərarları

26 Yanvar 2020

MFL-də iştirak edənlərin nəzərinə!

Geridə qalan 18-ci turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib:

- “Baku Juniors” – “Kontakt Home” oyununda “Baku Juniors” komandasının futbolçusu Təbriz Yariyev və “Kontakt Home” komandasının oyunçusu Rəşid Məmmədov iki sarı, ardınca isə qırmızı vərəqə aldıqları üçün oyundan kənarlaşdırılıblar. Bu səbəbdən növbəti oyunu buraxacaqlar.

- “Galaxy” – “Squadra” oyununun 32-ci dəqiqəsində “Galaxy” komandası hakimlərə etiraz edərək meydanı tərk edib. Buna görə də “Galaxy” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir.

- “Galaxy” – “Squadra” oyununda “Galaxy” komandasının futbolçusu Müslüm Abbasov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.

- “Baku Eagles” komandasının oyunçusu Tural Məmmədli, “Keşlə İMSİ” komandasının futbolçusu Cavid Novruzov və “Darul Hikmət” komandasının oyunçusu Təmkin İbrahimov hərəyə 3 sarı vərəqə aldıqları üçün növbəti oyunu buraxacaqlar.

SPONSORLAR