close

MFL-in İntizam Komitəsinin “MFL Carlsberg Biznes Liqası”nın II turunun yekunuyla bağlı qərarları

21 Yanvar 2020

MFL-də iştirak edənlərin nəzərinə!

Geridə qalan 2-ci turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib:

- METAK – “Universal” oyununda METAK komandasının futbolçusu Ramiz Şahverdiyev bilərəkdən rəqib oyunçunu başla və dirsəklə vurduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti 5 oyunu (2+3) buraxmaqla yanaşı, texniki zonadan da kənarlaşdırılır.

- Həmin oyunda “Universal” komandasının oyunçusu Şahin Tofiqi rəqib oyunçunu əllə vurmağa cəhd etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti 2 oyunu buraxacaq.

SPONSORLAR