close

MFL-in İntizam Komitəsinin XVII turun yekunuyla bağlı qərarları

18 Yanvar 2020

MFL-də iştirak edənlərin nəzərinə!

Geridə qalan 17-ci turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib:

- “Kapital Bank” – “Xəzər Astara” oyununda “Kapital Bank” komandasının futbolçusu Fərid Kərimov rəqib oyunçunu aşkar qoldan məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti 2 oyunu buraxacaq.

- “Xəzər Astara” komandasının futbolçusu Habil Allahverdiyev, “Dənizkənarı Bulvar İdarəsi” komandasının oyunçusu Şəhriyar Zamanov, “Binə” komandasının futbolçusu Zaur Bayramov, “Maisan” komandasının oyunçusu Fərid Quliyev və “Peçat Dönər” komandasının futbolçusu Emil Məmmədov hərəyə 3 sarı vərəqə aldıqları üçün növbəti oyunu buraxacaqlar.

SPONSORLAR