close

MFL-də qış transfer pəncərəsi açıq elan olunur

27 Dekabr 2019

LSS MFL 2019/20 Liqasının 16-cı turunun başa çatması ilə ilk dövrəyə yekun vurulur və qış transfer pəncərəsi açıq elan olunur.

Komandalar bu dövrdə istirahət etməklə yanaşı heyətlərini gücləndirmək üçün də əla imkan əldə etmiş olurlar.

Transfer şərtləri isə aşağıdakı kimidir:

1. Transfer pəncərəsi dekabrın 27-dən açıq olacaq. Son transfer günü isə 2020-ci il 7 yanvar tarixidir;

2. Komandaya əlavə edilən oyunçular cari mövsümün öncədən müəyyənləşdirilən reqlamentinə uyğun olmalıdır;

3. Komanda üzvlərinin maksimum limiti 16 nəfərdir. Transfer müddətində yeni sifariş olunan oyunçuların sayı 4 nəfərdən çox olmamalıdır. Məsələn, komandada 12 nəfərdirsə, rahat 4 nəfəri əlavə edə bilər, əgər 15 nəfərdirsə, 3-nü çıxarıb, yeni 4 oyunçunu əlavə edə bilər. Nəticə etibarilə, ümumi say 16-i keçməməlidir;

4. Transfer məsələlərində Liqada artıq iştirak edən oyunçuların transferi zamanı mütləq oynadığı komandanın kapitanının razılığı olmalıdır;

5. Transfer üçün müraciətlərinizi tək-tək deyil, birdəfəlik olaraq YALNIZ komandaların kapitanları tərəfindən [email protected] elektron poçt ünvanına gödərmələri xüsusilə xahiş olunur! Digər yollarla göndərilən heç bir müraciətə baxılmayacaq! Məktubda isə aşağıdakı məlumatlar mütləq yer almalıdır:

• Komandanın adı

• Heyətdən çıxarılan oyunçuların sənədləri

• Heyətə daxil edilən oyunçuların sənədləri

• Kimin-kimi əvəz etməsinə dair qeyd

SPONSORLAR