close

MFL-in İntizam Komitəsinin XVI turun yekunuyla bağlı qərarları

27 Dekabr 2019

MFL-də iştirak edənlərin nəzərinə!

Geridə qalan 16-cı turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib:

- “Kapital Bank” komandasının futbolçusu Elmir Fətəliyev və “Borussia Baku” komandasının futbolçusu Anar Kazımov hərəyə 3 sarı vərəqə aldıqları üçün növbəti oyunu buraxacaqlar.

- “Baku Eagles” – “Gənclik” oyununda “Gənclik” komandasının futbolçusu Şəhriyar Mirzəzadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti 2 oyunu buraxacaq.

- “Tiyaqani” – “Kapital Bank” oyununda “Kapital Bank” komandasının futbolçusu Taleh Fətəliyev fasilə zamanı rəqib komandanın oyunçusunu təhqir etdiyi üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən o, növbəti 7 oyunu (2+5) buraxmaqla yanaşı, texniki zonadan da kənarlaşdırılır.

Həmin oyunda “Tiyaqani” komandasının futbolçusu Əli Quliyev iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.

- “Tiyaqani” – “Kapital Bank” oyunu başa çatdıqdan sonra “Kapital Bank” komandasının digər oyunçusu Rauf Məmmədov hakimləri təhqir edib. Bu səbəbdən o, növbəti 5 oyunu buraxmaqla yanaşı, texniki zonadan da kənarlaşdırılır.

- “Piramida SAYAD” – “AgroSport” oyununda “AgroSport” komandasının futbolçuları Coşqun Qorçiyev və İlyas Qurbanov iki sarı, ardınca isə qırmızı vərəqə aldıqları üçün oyundan kənarlaşdırılıblar. Bu səbəbdən növbəti oyunu buraxacaqlar.

SPONSORLAR