close

MFL-in İntizam Komitəsinin XV turun yekunuyla bağlı qərarları

20 Dekabr 2019

MFL-də iştirak edənlərin nəzərinə!

Geridə qalan 15-ci turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib:

- “Rəcəbspor” komandasının oyunçusu Vüsal Kərimov və “Muğanbank” komandasının futbolçusu Bəhruz Rüstəmov hərəyə 3 sarı vərəqə aldıqları üçün növbəti oyunu buraxacaqlar.

- “Milan Qaradağ” komandası 5-ci dəfə oyuna gəlmədiyi üçün Turnirdən kənarlaşdırılır. Onun bütün nəticələri isə (keçirilmiş oyunlar daxil olmaqla) 0-3 hesablı texniki məğlubiyyətə çevrilir (bax: Qaydalar. 17).

Komandanın vurduğu bütün qollar, oyunçuların aldığı bütün vərəqələr, eləcə də digər komandaların “Milan Qaradağ”la oyunda vurduqları qollar və aldıqları vərəqələr ləğv edilir.

SPONSORLAR