close

LSS MFL 2019/20 Liqasının XV turu: “Squadra”dan çətin qələbə, “Muğanbank”dan darmadağın – FOTO – VİDEO

20 Dekabr 2019

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan LSS MFL 2019/20-də 15-ci turun oyunları keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, həm İnfinity, həm də Platinum konferensiyalarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlər hər zamankı kimi gərgin mübarizə şəraitində keçib.

Qeyd edək ki, 15-ci turda İnfinity konferensiyasında “Army United” rəqibi “Balaxanı komandasının qapısından 8 top keçirdi. Rəqibin gücü isə yalnız təsəlli qoluna çatdı. Lider “Squadra” - “Dənizkənarı Bulvar İdarəsi”nin taleyini isə bir qol həll etdi. “Squadra” çətinliklə də olsa rəqibinə qalib gələrək zirvədəki yerini qorudu.

15-ci turda Platinum konferensiyasında ən qollu qarşılaşma “Gres Severnıy” – “Binə” görüşü oldu – 13 qol. Rəqibin 6 qoluna 7 qolla cavab verən “Binə” 3 xalı aktivinə yazan tərəf oldu. Turun mərkəzi görüşü olan “Peçat Dönər” – “Muğanbank” oyunu isə ikincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşdı.

Bu həftə həm də Platinum konferensiyasının təxirə salınmış “AgroSport” – “Peçat Dönər” oyunu baş tutdu. Futbol həvəskarları bu iki iddialı komandanın görüşünü böyük həyəcanla gözləyirdilər.

MFL-in səhifəsində canlı yayımlanan görüş ikincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində “Peçat Dönər” iddiasını bir daha ortaya qoydu, “AgroSport” isə turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmaq imkanını əldən verdi.

Növbəti müsahibimiz “Tiyaqani” komandasının müdafiə xəttində vacib rol oynayan Əli Quliyevdir. Əli cari mövsümdəki çıxışlarından, həmçinin, geridə qoyduğumuz oyunlarda ona ən çox başağrısı olan hücumçudan, keçmiş komandasından və simvolik 6-lığından danışdı.

Geridə qalan 15 turdan sonra MFL 2019/2020-ci il mövsümünün İnfinity konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

Geridə qalan 15 turdan sonra MFL 2019/2020-ci il mövsümünün Platinum konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

LSS MFL 2019/20 Liqası – Leading Supply Solutions LLC, BOS SHELF LLC, McDonald's Azerbaijan, Muğanbank, Sabah Futbol Klubu, Carlsberg AzerbaijanGoSport Baku-nun sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.

SPONSORLAR