close

“Lipa”larla bağlı qərar

02 Dekabr 2019

MFL-də iştirak edənlərin nəzərinə!

MFL-in İntizam Komitəsinə LSS MFL 2019/20 Liqasında çıxış edənbəzi komandaların heyətində qanundan kənar – “lipa” oyunçuların olması ilə bağlı müraciət daxil olub.

Aparılan araşdırma nəticəsində bəzi oyunçuların həqiqətən də “lipa” olduğu məlum olub. Həmin oyunçuların siyahısını təqdim edirik:

İbrahimov Elçin Rasim (T.O.T.A. FC)

İsayev İsa Elman (Lokomotiv Baku)

Əmirov Samir Münasib (Maisan)

Zərbəliyev Şəhriyar Balakərim (Keşlə İMSİ)

Talıblı Əbdül Səxavət (Xəzər Astara)

Şahpələnqov Samir Vidadi (Baku Eagles)

Əbilsoy Mətin Musa (Grand)

Salayev Namiq Eldar (Grand)

Qəhrəmanov Əflatun Fərhad (Borussia Baku)

Zərbəliyev Elşən Ceyhun (Rəcəbspor)

İsmayılzadə Toğrul Əlikram (Rəcəbspor) 

Məmmədov Emil Şakir (Muğanbank)

Fərəc Fərzəliyev Bayraməli (Squadra)

Sarıyev Ülvi Elşad (AgroSport)

Həsənov Pərviz Muğan (T.O.T.A. FC)

Qaydalara uyğun olaraq adıçəkilən oyunçular Liqadan kənarlaşdırılır, komandaların xalları isə silinmir (bax: Qaydalar.9).

Bu qərarda adları qeyd olunmayan futbolçular turnirdə oynaya bilərlər.

Bəzi oyunçularla bağlı araşdırmalar isə davam etdirilir. Araşdırmanın yekunu olaraq onlarla bağlı da müvafiq qərar qəbul olunacaq.

Nəzərinizə çatdıraq ki, komandanın oyunçuları mövsüm öncəsi və turnirin gedişatı zamanı AFFA və MFL MMC tərəfindən yoxlanılır. Komandanın heyətində sifariş olunmuş oyunçulardan mövsüm ərzində saxtalaşdırılma və ya Qaydalara uyğun olmaması aşkarlanarsa, məsuliyyəti komanda daşıyır.

SPONSORLAR