close

MFL-in İntizam Komitəsinin Nurəli Əsədovla bağlı xüsusi qərarı

22 Noyabr 2019

MFL-də iştirak edənlərin nəzərinə!

MFL-ə “Tiyagani FK” komandasının üzvü Nurəli Əsədovun “lipa” olması ilə bağlı müraciət daxil olub.

Aparılan araşdırma zamanı həmin şəxsin 2015/2016-cı il mövsümündə “Xəmsə” komandasının tərkibində Futzal üzrə Yüksək Liqada iştirak etdiyi məlum olub.

Qeyd edək ki, reqlamentə əsasən, 2014-2015-cü il (daxil olmaqla) mövsümündən əvvəl böyük futbolda (Yüksək və Birinci Liqa) və Futzal üzrə Yüksək Liqada iştirak etmiş istənilən sayda oyunçunun LSS MFL 2019/20 Liqasında iştirakına icazə verilir (bax: Qaydalar.7.1)

Yekun qərara əsasən, “Tiyagani” komandasının xalları silinmir, Nurəli Əsədov isə turnirdən kənarlaşdırılır. Onun LSS MFL 2019/20 Liqasındakı nəticələri (keçirdiyi oyunlar, vurduğu qollar, assistləri, aldığı vərəqələr) ləğv olunduğu üçün turnirin statistikasında əksini tapmayacaq.

Aşağıda Nurəli Əsəsdovun 2015/2016-cı il mövsümündə Futzal üzrə Yüksək Liqada “Xəmsə” komandasının heyətində “Araz” komandasına qarşı iştirak etdiyi oyunun protokolunu təqdim edirik.

SPONSORLAR