close

MFL-in İntizam Komitəsinin VI turun yekunuyla bağlı qərarları

08 Noyabr 2019

MFL-də iştirak edənlərin nəzərinə!

Geridə qalan 6-cı turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib:

6.11.2019

- “Kontakt Home” – “Gənclik İK” oyununda “Gənclik İK” komandasının futbolçusu Xalid Bayramov rəqibi aşkar qoldan məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti 2 oyunu buraxacaq.

- “Dənizkənarı Bulvar İdarəsi” – “Abşeron” oyununda “Abşeron” komandasının futbolçusu Ülvi Hacıyev iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb.Meydanı tərk edən zaman isə hakimləri təhqir edib. Bu səbəbdən o, növbəti 7 oyunu (2+5) buraxmaqla yanaşı, texniki zonadan da kənarlaşdırılır.

7.11.2019

- “Bakı Abadlıq” – “Gres Severnıy” oyununda “Gres Severnıy” komandasının futbolçusu İlkin Alışov komanda yoldaşını söydüyünə görə birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti 2 oyunu buraxacaq.

- “Leeds Baku” komandasının futbolçusu Kənan Bayramov, “Turkuye” komandasının futbolçusu Bəhruz Məmmədov, “Binə” komandasının futbolçusu Ramil Rəhimov və “Keşlə İMSİ” komandasının futbolçusu Vasif İsmayılov hərəyə 3 sarı vərəqə aldıqları üçün növbəti oyunu buraxacaqlar.

SPONSORLAR