close

MFL-in İntizam Komitəsinin V turun yekunuyla bağlı qərarları

06 Noyabr 2019

MFL-də iştirak edənlərin nəzərinə!

Geridə qalan 5-ci turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib:

4.11.2019

- “Galaxy FK” – “Universal” oyununda “Galaxy FK” komandasının futbolçusu Akif Hümbətov birbaşa qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti 2 oyunu buraxacaq.

- “Leeds Baku” – “Chelsea Baku” oyununda “Leeds Baku” komandasının futbolçusu Fariz Nəcəfov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.

- “Army United” – “BOS Shelf” oyununda “Army United” komandasının futbolçusu Əsəd Ağayev sarı vərəqə almasına etiraz edərək hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. Bu səbəbdən o, növbəti 7 oyunu (2+5) buraxmaqla yanaşı, texniki zonadan da kənarlaşdırılır.

5.11.2019

- “Vodnik” – “Khazar FC” oyununda “Vodnik” komandasının futbolçusu Fərid Quliyev birbaşa qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Meydançadan çıxdıqdan sonra isə hakimləri təhqir edib. Bu səbəbdən o, növbəti 7 oyunu (2+5) buraxmaqla yanaşı, texniki zonadan da kənarlaşdırılır.

- “Ataman” – “Piramida SAYAD” oyunu başa çatandan sonra “Ataman” komandasının futbolçusu Ceyhun Mirzəyev görüşün hakiminə qarşı fiziki təzyiq göstərdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb. Bundan sonra isə hakimlərin ünvanına təhqiramiz ifadələr işlədib. Bu səbəbdən o, növbəti 7 oyunu (2+5) buraxmaqla yanaşı, texniki zonadan da kənarlaşdırılır.

- “Ümid Üçtəpə” – “Bakı Abadlıq” oyununda “Bakı Abadlıq” komandasının futbolçusu Dostməmməd Quliyev hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. Daha sonra isə hakimə qarşı fiziki təzyiq göstərməyə cəhd edib. Bu səbəbdən o, növbəti 7 oyunu (2+5) buraxmaqla yanaşı, texniki zonadan da kənarlaşdırılır.

- “Mübariz FK” komandasının futbolçusu Rövşən Heydərov 3 sarı vərəqə aldığı üçün növbəti oyunu buraxacaq.

- 5-ci turda keçirilməli olan “AgroSport” – “Peçat Dönər” oyunu komandaların qarşılıqlı razılığı əsasında təxirə salınıb.

SPONSORLAR