close

MFL-in İntizam Komitəsinin IV turun yekunuyla bağlı qərarları

04 Noyabr 2019

MFL-də iştirak edənlərin nəzərinə!

Geridə qalan 4-cü turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib:

- “Peçat Dönər” – “Beerbaşa” oyununda “Peçat Dönər” komandasının futbolçusu Emil Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. Bu səbəbdən o, növbəti 7 oyunu (2+5) buraxmaqla yanaşı, texniki zonadan da kənarlaşdırılır.

- BOS Shelf – “Topçular” oyunu “Topçular” komandasının matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir. “Topçular” komandası ardıcıl 3-cü dəfə oyuna gəlmədiyi üçün Turnirdən kənarlaşdırılır. Ona keçirməli olduğu növbəti oyunlara görə isə texniki məğlubiyyət verilir.

- “Squadra” – “Kapital Bank” oyununda “Squadra” komandasının futbolçusu İlqar Abdulov birbaşa qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti 2 oyunu buraxacaq.

“Kapital Bank” komandasının futbolçusu Elmir Fətəliyev iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bununla razılaşmayan Elmir Fətəliyev oyunun hakimlərini təhqir edərək onlara qarşı fiziki təzyiq göstərib. Bu səbəbdən növbəti 6 oyunu (1+5) buraxmaqla yanaşı, texniki zonadan da kənarlaşdırılır.

“Kapital Bank” komandasının digər futbolçusu Rauf Məmmədov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.

MFL-in İntizam Komitəsinin xüsusi qərarı:

CS komandasının futbolçusu Dilqəm Paşalı və “Peçat Dönər” komandasının oyunçusu Denis İquminov hərəyə 3 sarı vərəqə aldıqları üçün növbəti oyunu buraxacaqlar.

SPONSORLAR