close

LSS MFL 2019/20 Liqasının III və IV turları: “Tiyagani”dən darmadağın, “Beerbaşa” “Peçat Dönər”lə sülh bağladı – FOTO – VİDEO

01 Noyabr 2019

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan LSS MFL 2019/20-də yeni mövsümün həyəcanı başladı.

1news.az-ın verdiyi xəbərə görə, 28-31 oktyabr tarixlərində Liqanın 3-cü və 4-cü turlarının oyunları keçirilib.

Həm Infinity, həm də Platinum konferensiyalarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlər hər zamankı kimi gərgin mübarizə şəraitində keçib.

Mövsümün 3-cü turunda Infinity Konferensiyasının komandaları arasında keçirilən oyunlarda aşağıdakı hesablar qeydə alınıb:

3-cü turda Platinum Konferensiyasının komandaları arasında keçirilən görüşlərdə aşağıdakı hesablar qeydə alınıb:

Qeyd etdiyimiz kimi, keçən həftə həm də 4-cü turun oyunları baş tutub.

Mövsümün 4-cü turunda Infinity Konferensiyasının komandalarının üz-üzə gəldiyi oyunlarda aşağıdakı hesablar qeydə alınıb.

4-cü turda Platinum Konferensiyasının komandalarının üz-üzə gəldiyi oyunlarda isə aşağıdakı hesablar qeydə alınıb.

Geridə qalan 4 turdan sonra MFL 2019/2020-ci il mövsümünün "Infinity" konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

Geridə qalan 4 turdan sonra MFL 2019/2020-ci il mövsümünün "Platinum" konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

Həftənin ən maraqlı qarşılaşmalarından biri İnfinity konferensiyasının 4-cü turu çərçivəsində mövsümə əla başlayan “Squadra” ilə “Kapital Bank” komandaları arasında oldu. Futbol həvəskarları bu iki iddialı komandanın görüşünü böyük həyəcanla gözləyirdilər.

MFL-in səhifəsində canlı yayımlanan görüş birincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşdı. Bu qələbə sayəsində “Squadra” komandası liderlər arasında öz mövqeyini qoruyub saxlamağı bacardı. “Kapital Bank” isə mövsümdə ilk məğlubiyyətini aldı.

SPONSORLAR