close

MFL-in İntizam Komitəsinin XV turun yekunuyla bağlı qərarları

01 Fevral 2019

MFL-in İntizam Komitəsinin XV turun yekunuyla bağlı qərarları.

MFL-də iştirak edənlərin nəzərinə!
Geridə qalan 15-ci turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib:

30.01.2019

1. “Gilavar FC” – “Turin” oyununda “Turin”in futbolçusu Azər Əhmədov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.

2. “Avşar” – “Western Warriors” oyununda “Avşar” komandasının heyətində protokolda adı olmayan şəxs meydana daxil olub. Bu səbəbdən “Avşar” komandasına texniki məğlubiyyət verilir.

31.1.2019

3. “Dənizkənarı Bulvar İdarəsi” – “Qaraçuxur” oyununda “Qaraçuxur”un futbolçusu İlqar Qazıyev iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.

4. “Kapital Bank” – “Sumqayıt HFK” oyununda “Sumqayıt HFK” komandasının futbolçusu Zamin Vəliyev hakimi təhqir etdiyi üçün növbəti 3 oyunu buraxacaq.
“Sumqayıt HFK” komandasının daha iki futbolçusu – Vəli Vəliyev və Samir Vəliyev oyun başa çatandan sonra hakimə qarşı fiziki güc tətbiq etdikləri üçün Turnirdən kənarlaşdırılırlar. Gələcəkdə onların MFL Liqasında iştirakına icazə verilməyəcək.

5. “AgroSport” – “Dalğa FK” oyununda “Dalğa FK” komandasının futbolçusu Elmar Əliyev hakimi təhqir etdiyi üçün növbəti 3 oyunda iştirak edə bilməyəcək