close

MFL-in İntizam Komitəsinin XIV turun yekunuyla bağlı qərarları

30 Yanvar 2019

MFL-in İntizam Komitəsinin XIV turun yekunuyla bağlı qərarları:


MFL-də iştirak edənlərin nəzərinə!
Geridə qalan 14-cü turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib:

1. “Maisan” – “Poseidon” qarşılaşması “Poseidon”un matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir. 
“Poseidon” 1-ci dəfədir ki, oyuna gəlmədiyi üçün texniki məğlubiyyət alır. Komanda 3 dəfə ardıcıl və ya ümumilikdə 5 dəfə oyuna çıxmaqdan imtina edərsə, Turnirdən kənarlaşdırılacaq (ətraflı burada: http://www.mfl.az/az/info/qaydalar/).

2. “Ataman” - “Sparta Baku” oyununda “Sparta Baku”nun futbolçusu Emin Qabiyev hakimi təhqir etdiyinə görə növbəti 3 oyunu buraxacaq.

3. “Köftəçi Ramiz” – “Astara FK” oyununda “Astara FK”nın futbolçusu Tural Məmmədli iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Qərarla razılaşmayan futbolçu daha sonra hakimi təhqir edib. Bu səbəbdən növbəti 4 oyunu (1+3) buraxacaq.
“Astara FK” komandasının digər oyunçusu Amil Abbasov da hakimi təhqir etdiyi üçün növbəti 3 oyunda iştirak edə bilməyəcək.
“Astara FK” oyun başa çatmadan meydanı tərk etdiyi üçün komandaya texniki məğlubiyyət verilir.

4. “Galaxy” – “CS” oyununda “CS”in kapitanı Coşğun Cəbiyev texniki zonanın qaydalarını pozduğu üçün növbəti oyunu buraxacaq.
“Galaxy” komandasının oyunçusu Orxan Ağayev isə azarkeşi jestlə təhqir etdiyi üçün 1 oyunluq cəzalandırılır.

5. “UNEC” – “Dənizkənarı Bulvar İdarəsi” oyununda “Dənizkənarı Bulvar İdarəsi”nin futbolçusu Ceyhun Əliyev birbaşa qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti 2 oyunu buraxacaq.
“UNEC” komandasının futbolçusu Sənan Quliyev isə hakimi təhqir etdiyi üçün növbəti 3 oyunda iştirak edə bilməyəcək.

6. “Dalğa FK” – “Gənclik İK” oyununda “Dalğa FK” komandasının məşqçisi Hacı Hacızadə texniki zonanın qaydalarını pozduğu üçün növbəti oyunu buraxacaq.