close

United Sport MFL 2018/19-un 12-ci və 13-cü turları: “Baku Eagles” – “Beerbaşa” oyununda səssizlik, “Rulewave Baku”dan darmadağın – FOTO – VİDEO

28 Yanvar 2019

United Sport MFL 2018/19-un 12-ci və 13-cü turları: “Baku Eagles” – “Beerbaşa” oyununda səssizlik, “Rulewave Baku”dan darmadağın – FOTO – VİDEO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan United Sport MFL 2018/19-un 12-ci və 13-cü turları baş tutub.

1news.az-ın verdiyi xəbərə görə, həm Infinity, həm də Platinum konferensiyalarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlər keçən turlarda olduğu kimi gərgin mübarizə şəraitində keçib.

Mövsümün 12-ci turunda Infinity Konferensiyasının komandaları arasında keçirilən görüşlərdə aşağıdakı hesablar qeydə alındı:

 

12-ci turda Platinum Konferensiyasının komandaları arasında keçirilən görüşlərdə aşağıdakı hesablar qeydə alındı:

Qeyd etdiyimiz kimi, keçən həftə həm də 13-cü turun oyunları baş tutub.

Mövsümün 13-cü turunda Infinity Konferensiyasının komandalarının üz-üzə gəldiyi oyunlarda aşağıdakı hesablar qeydə alınıb.

13-cü turda Platinum Konferensiyasının komandalarının üz-üzə gəldiyi oyunlarda isə aşağıdakı hesablar qeydə alınıb.

.

13-cü turda Platinum Konferensiyasının ən yaddaqalan məqamları:

 

Bu həftənin ən dəyərli oyunçusu həm “Universal”, həm də ki, “Kapital Bank” ilə oyunların hər birində komandasının qələbəsi üçün meydanda var gücünü ortaya qoyan və “Peçat Dönər”in 3 xal qazanmasında böyük rola sahib Dilqəm Paşayevdir.

 

Həftənin simvolik komandasında F.Nuri (Peçat Dönər), R.Rafiq (Avantaj), R.Bəhruz (Sirena Motors), M.Emil (Rulewave Baku), Q.İlkin (Beerbaşa) və K.Zakir (Səbail) yer alıblar.

Xatırladaq ki, həftənin “Ən dəyətli oyunçusu” adını qazanmış futbolçu vizual olaraq bu siyahıda olmasa da, həftənin simvolik komandasının önündə qeyri-şərhsiz yer alır.

Artıq 13 turdur məğlubiyyətin və heç-heçənin nə olduğunu bilməyən “Rulewave Baku” komandası ötən gün “Agrosport” üzərində 2:1 hesablı növbəti qələbəsini qazanıb. Matçın ilk 5 dəqiqəsində 2 qol vurmaqla üstünlüyü ələ keçirən komandanın qapıçısı da xüsusilə yadda qalıb. Belə ki, İlkin Əzizov 2 penalti zərbəsinin qarşısını almaqla komandasının qəhrəmanına çevrilib.

Keçən həftə həm də komandalardan birinin adını dəyişməsi ilə əamətdar oldu. Belə ki, bu vaxta qədər “Moskva TM” kimi tanıdığımız, Moskva Ticarət Mərkəzini təmsil edən komanda 14-cü turdan etibarən “Champion Sports FC” olacaq. Komandanın bugünkü uğurlarında böyük dəstəyi olan Moskva Ticarət Mərkəzinin adı isə, partnyor şirkət olaraq yeni formalara da həkk olunacaq.

Aşağıda 28 yanvar tarixində Infinity Konferensiyasının 14-cü turunda baş tutacaq oyunların cədvəlini təqdim edirik.

Aşağıda 30 yanvar tarixində Infinity Konferensiyasının 15-ci turunda baş tutacaq oyunların cədvəlini təqdim edirik.

Aşağıda 31 yanvar tarixində Platinum Konferensiyasının 15-ci turunda baş tutacaq oyunların cədvəlini təqdim edirik.

MFL United Sport 2018/19 – Sirena Motors, Leading Supply Solutions LLC, United Sport, McDonald's Azerbaijan, Muganbank, BOS SHELF LLC və Ödəal (Bon) sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın saytından mfl.az, eləcə də 1news.az-ın saytında və CBC Sport telekanalı vasitəsilə əldə edə bilərsiniz.