close

United Sport MFL 2018/19-un VIII turu: “Moskva TM” taxtdan salındı, “Milan Qaradağ” – “Sabunçu” görüşündə qol yağışı– FOTO – VİDEO

24 Dekabr 2018

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan United Sport MFL 2018/19-un 8-ci turu baş tutub.

Azarkeşlər “MFL Arena”nın meydanlarında həm Infinity, həm də Platinum Konferensiyasında keçirilən bir-birindən maraqlı oyunlara şahidlik ediblər.

Keçən tur Infinity Konferensiyasında lider dəyişikliyi ilə əlamətdar olub. Belə ki, uzun müddətdir turnir cədvəlinə başçılıq edən “Moskva TM” komandası ilk məğlubiyyətini alaraq zirvədəki yerini itirib.

Bir tur öncəyə kimi öz məğlubiyyətsiz seriyası ilə Infinity Konferensiyasında liderlik edən “Moskva TM” komandasını taxtından salmağı bacaran “CS” qazandığı 3 xalı matçdan sonra soyunub-geyinmə otağında bu cür bayram etdi.

8-ci turda Infinity konferensiyasının ən yaddaqalan məqamları:

Aşağıda 24 dekabr tarixində Infinity Konferensiyasının IX turunda baş tutacaq oyunların cədvəlini təqdim edirik.

Platinum Konferensiyasının görüşləri də gərgin mübarizə şəraitində keçib. “Milan Qaradağ” – “Sabunçu” görüşündə isə qapılara nə az, nə çox – 16 top vurulub.

8-ci turda Platinum konferensiyasının ən yaddaqalan məqamları:

Aşağıda 27 dekabr tarixində Platinum Konferensiyasının IX turunda baş tutacaq oyunların cədvəlini təqdim edirik.

İlk 7 turu artıq geridə qoymuşuq, bu isə o deməkdir ki, 4 mərhələyə bölünəcək ümumi MFL turlarının birinci hissəsi geridə qaldı. Bu müddət ərzində isə statistikası ilə önə çıxan, komandasına fərdi statistikası ilə daha çox xeyir verən, futbol dilində desək, MVP-ni, yəni ƏN DƏYƏRLİ OYUNÇUNU elan etmək vaxtı gəlib çatdı

VII turun tamamında 15 qol və 2 məhsuldar ötürmə ilə MFL-də iştirak edən hər kəsdən daha yüksək göstəriciyə malik olan Alisalam Hamidov MVP mükafatına layiq görülür!

Növbəti nəticə XIII, digər iki nəticə isə XIX və XXIV turun tamamında elan ediləcəkdir! Qeyd edək ki, Leading Supply Solutions LLC-in 400 AZN dəyərində təqdim edəcəyi mükafat məhz MVP mükafatının qaliblərinin əsasında təyin ediləcəkdir! Bir sözlə, ayağınıza qüvvət!

Xatırladaq ki, MFL United Sport Liqası 2018/19 mövsümü Sirena Motors, Leading Supply Solutions LLC, United Sport, McDonald's Azerbaijan,Muganbank, BOS SHELF LLC və Ödəal (Bon) şirkətlərinin sponsorluğu ilə keçirilir.
Daha ətraflı məlumatı liqanın saytından mfl.az, eləcə də 1news.az-ın saytında və CBC Sport telekanalı vasitəsilə əldə edə bilərsiniz.