close

MFL ALL STAR VS Street Football Kings

17 Dekabr 2018

Azərbaycanda həvəskar futbolu peşəkar səviyyədə küçələrdən meydanlara gətirən MFL-dən daha bir yenilik! 2018-ci ilin ən həyəcanlı qarşılaşmasının başlama fiti bu dəfə keçmiş MDB ölkələrinin top ustadlarının topa toxunması ilə çalınacaq!

Belə ki, 22 dekabr saat 18:00-da Rusiyanın məşhur "Street Madness Team" komandası Azərbaycanın bir nömrəli həvəskar futbol liqası olan MFL-in top ustadları ilə qarşılaşacaqlar. Adıçəkilən komanda yetərincə məşhurdur, heyətlərində dünyaca ən məşhur “Street Kings” komandasının iki üzvü - Jan Pyer Papen və Bizex - Bakının “Urban Kings Azerbaijan” komandası ilə güclərini birləşdirəcəklər. Vahid komanda şəklində çıxış edəcək “gəlmələr” ölkə mini futbolunun ən güclülərinə qarşı mübarizə aparacaqlar.

Ümumi tədbir iki hissədən ibarət olacaq: futbol matçı“panna” mübarizəsi. Təbii ki, mini futbolun top ustadları barədə danışırıqsa, “panna”dan yan keçmək mümkün deyil. Olduqca maraqlı ab-havada və gərgin mübarizə şəraitində keçəcək futbol şousunu izləmək üçün hər kəsi Bakı Olimpiya Stadionu ətrafında yerləşən MFL Arenaya (Sportster) dəvət edirik. Qeyd edək ki, “MFL ALL STAR” və “Street Football Kings” qarşılaşması 18:00-da başlasa da, ondan öncə saat 16:00-dan etibarən MFL Arenada əyləncəli atmosfer olacaq, bu səbəbdən də gəlin, giriş sərbəstdir!

Qeyd edək ki, MFL United Sport Liqası 2018/19 mövsümü Sirena MotorsLeading Supply Solutions LLCUnited SportMcDonald's AzerbaijanMuganbankBOS SHELF LLC və Ödəal (Bon) şirkətlərinin sponsorluğu ilə keçirilir. Təşkilati dəstək Sport Marketing Group (SMG) şirkətinə, informasiya dəstəyi isə CBC Sport və www.1NEWS.az saytına məxsusdur.

 Qarşılaşma MFL-in “Facebook” səhifəsi vasitəsilə canlı yayımlanacaq.