close

MFL-in intizam komitəsinin XX Turun yekunuyla bağlı qərarlar

09 Mart 2018

MFL-in İntizam Komitəsinin XX turun yekunuyla bağlı qərarları!

MFL-də iştirak edənlərin nəzərinə!

Geridə qalan XX turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib:

1. “Rəcəbspor” - “ArchiCO” qarşılaşması “ArchiCO”nun matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən də adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir.

2. “Milan Qaradağ” - “Atilla” qarşılaşması da “Atilla”nun matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən də adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir.

3. “Joga Baku” komandasının oyunçusu Rüfət Bayramov hakimi təhqir etdiyi üçün 3 oyunluq cəzalandırılır.

4. “Juventus Baku” – “Avanqard” FK oyununda “Avanqard” FK-nın futbolçusu Səhrab Məhərrəmov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti oyunu buraxacaq.

SPONSORLAR