close

MFL-in intizam komitəsinin XIX Turun yekunuyla bağlı qərarları

05 Mart 2018

MFL-in İntizam Komitəsinin XIX turun yekunuyla bağlı qərarları!

MFL-də iştirak edənlərin nəzərinə!

Geridə qalan XIX turun yekununda MFL-in İntizam Komitəsi aşağıdakı qərarları verib:

1. “Xəzər” FC – “Sirena Motors” oyununda “Xəzər” FC-nın oyunçusu Elnur Adiyev qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti 2 oyunu buraxacaq.

2. “Atletiko Mineyro” – “Sabunçu” qarşılaşması “Atletiko Mineyro”nun matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən də adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir. 

3. “Atilla” – “Juventus Baku” qarşılaşması da “Atilla”nun matça gəlməməsi səbəbindən baş tutmadı. Bu səbəbdən də adıçəkilən komandaya 0-3 hesablı texniki məğlubiyyət verilir.

4. “Vur Komandir” – “Topçular” matçında birincilərin oyunçusu Orxan Qədirov qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Bu səbəbdən növbəti 2 oyunu buraxacaq.

Bundan başqa “Vur Komandir” komandasının digər oyunçusu Hüseyn Abdullayev oyundan sonra hakimi təhqir etməklə yanaşı, digər komanda yoldaşlarını da hakmə qarşı aqressiv davranmağa təhrik etdiyi üçün 5 oyunluq cəzalandırılır.

Oyunçular özlərini çox aqressiv apardıqları üçün komandaya ciddi xəbərdarlıq edilir. Belə halın təkrarlanacağı təqdirdə daha ciddi sanksiyalar tətbiq olunacaq.

SPONSORLAR